Millimiz Çili ilə üz-üzə

28.10.2026 11:34 9
Ölkə futbolu
Bu gün U-15 millimiz Bakıda təşkil olunan dünya çempionatı və festivalında növbəti matçına çıxacaq.

"Football-plus.az" xəbər verir ki, Famil Xəlilovun komandası C Divizionunun (65-96-cı yerlər uğrunda) 1/16 final mərhələsində Çili yığması ilə qarşılaşacaq.

Hövsan Yarış Kompleksindəki 7B stadionunda keçiriləcək oyun saat 11.30-da başlayacaq.

Cütün qalibi növbəti mərhələdə Belarus - Cəbəllütariq duelinin güclüsü ilə üz-üzə gələcək. Məğlub tərəf isə məhz bu cütdə uduzan komanda ilə qarşılaşacaq.

Xatırladaq ki, yığmamız AF qrupu 3-cü pillədə başa vurub və C Divizionuna vəsiqə qazanıb. Komanda qrupda Timor-Lesteyə 6:0, Andorraya 1:0, İsrailə 3:1 hesabı ilə qalib gəlib, Avstraliyaya 1:3, Haitiyə isə 0:4 hesabı ilə uduzub.