Bu gün "Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında mübarizəyə başlayacaq.
"Football-plus.az" xəbər verir ki, Rəşad Sadiqovun baş məşqçilik etdiyi kolllektiv 2-ci təsnifat mərhələsinn ilk oyunları çərçivəsində Zaqreb "Dinamo"su (Xorvatiya) ilə qarşılaşacaq.
"Azərsun Arena"da keçiriləcək matç saat 15.30-da başlayacaq. Bu komandalar arasında cavab oyunu noyabrın 4-də olacaq.
Cütün qalibi növbəti mərhələdə "Benfika" (Portuqaliya) – "Pafos" (Cənubi Kipr) duelinin üstün tərəfi ilə qarşılaşacaq.
"Qarabağ"ın U-19 komandası yerli çempionlar yolu xətti ilə bu turnirdə iştirak edir. "Sabah"ın U-19 komandası isə Çempionlar Liqası yolu ilə turnirdə mübarizə aparır.
Yerli çempionlar yolu xətti ilə yarışda mübarizə aparan komanda (indiki halda "Qarabağ") turnirin 1/16 final mərhələsinə yüksəlmək üçün iki mərhələ keçməlidi. Həmin mərhələdə Çempionlar Liqası yolunda ilk 22 yeri tutan komanda da yarışacaq.
"Qarabağ" UEFA Gənclər Liqasında mübarizəyə başlayır
Ölkə futbolu





