• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Zirə” “Səbail” səddini 3 qolla keçdi - REPORTAJ

Ölkə kuboku / Reportaj

11-02-2024, 19:0

Səfərdə qazanılan 2:1-lik qələbənin ardından, təbii ki, “Zirə” üstün tərəf sayılırdı.

Oyuna da elə meydan sahibləri daha fəal başladı. Hətta ilk təhlükəli vəziyyət qolla nəticələndi. İsayevin cinah asmasında top Abbas İbrahimin önünə düşdü. Nigeriyalının qüvvətli zərbəsi yolüstü Almeydaya da toxunub qapıdan keçdi – 1:0. 13-cü dəqiqədə “Zirə” daha bir dəfə fərqlənməyi bacarsa da, VAR Sadıxovun qolunu qeydə almadı. Buna səbəb Rəhimin ötürmə zamanı oyunkənar vəziyyətdə olması idi. Qonaqların buna cavabı isə 24-cü dəqiqədə gəldi. Almeydanın başla zərbəsi qapıdan az fərqlə yan keçdi. Çox keçmədən Nəbiyevin cərimə zərbəsi təhlükəli alındı. Onun birbaşa qapıya yönəltdiyi topu Silva dəf etməyi bacardı. Əvəzində meydan sahibləri fərqi 2 topa çatdırdı. Sumanın mükəmməl ötürməsini Sadıxov qolla tamamladı.
İkinci yarı da eyni ssenari ilə başladı. 49-cu dəqiqədə Sumanın zərbəsi yadda qaldı. Lakin o topu qapıdan yan vurdu. Hissənin ortalarında artıq rollar dəyişdi. “Səbail” hücumlarının sayını artırdı. Bunların birində Nəbiyevin cərimə zərbəsi yenidən təhlükəli alındı. Amma bu duelin də qalibi Silva oldu. 59-cu dəqiqədə müdafiədəki səhvdən yararlanan Najahın zərbəsi dəqiq olmadı. 71-ci dəqiqədə Nunonun cinah asmasını Ramalinqom başla tamamlasa da, qapıçı etibarlı oynadı. Qol imkanlarından yararlana bilməyən “Səbail” əvəzində 3-cü dəfə topu tordan çıxarmalı oldu. Meydana sonradan çıxan Utziq həm yeni komandasında ilk qolunu vurdu, həm də oyunda son nöqtəni qoydu. Bundan sonra hücumlarını daha da artıran qonaqlar müdafiədə ciddi boşluqlar verdi. Belə epizodlarda Nuriyevlə İsayevin zərbələri təhlükəli olsa da, hesab dəyişmədi – 3:0. Bununla da iki oyunun cəmində 5:1 hesablı qələbə qazanan “Zirə” “Səbail” səddini adlamağı bacardı.

Gözdən qaçmadı
* “Zirə”nin zədəli futbolçusu Rüstəm Əhmədzadə ilə “Səbail”in bir neçə aydı yaşıl meydandan kənarda qalan oyunçusu Ağabala Ramazanov görüşü tribunadan izləyirdi.
* “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov yenə hakimlikdən razı qalmadı, oyunboyu etirazını kəskin şəkildə bildirdi.
* “Qartallar” oyunun sonluğunda “Səbail”in şəninə “gəmi batdı, qayıt məhləyə” şüarını səsləndirirdi.

İSMAYIL XEYRULLAYEV

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Reportaj

24-01-2024, 17:0

“Zirə” ardıcıl 6-cı oyunda qola həsrət qaldı – REPORTAJ

Premyer-liqa / Reportaj

30-01-2024, 22:0

“Zirə” son dəqiqədə yıxıldı - REPORTAJ

Ölkə kuboku / Reportaj

1-02-2024, 22:0

Cütün taleyinə Qəbələdə aydınlıq gələcək - REPORTAJ

Premyer-liqa / Reportaj

5-12-2023, 19:0

Kurdiç ... “Səbail”ə 1 xal qazandırdı - REPORTAJ

Premyer-liqa / Reportaj

26-12-2023, 19:0

“Zirə” bu dəfə də evdə “Qarabağ”ı məğlub edə bilmədi - REPORTAJ

Premyer-liqa / Reportaj

14-11-2023, 19:0

Volkov Tovuzu qəmə boğdu – REPORTAJ

Aktual
“Kəpəz” azarkeşləri Mahmud Qurbanovu istəyir, o isə susur
“Məğlub olmuşuqsa, deməli, çatışmayan cəhətlər var” – Şahin Diniyev
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
“Difai” 2-ci liqadan çəkiləcək?
"...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
Kurasaonun avtobusu, millinin fiaskosu... - nəyiniz çatmır, qardaşlar?
Son xəbərlər
  • Bu gün, 19:57
    Parisi tərk edəcək
  • Bu gün, 19:36
    Şimali Makedoniya - Azərbaycan matçının hakimləri
  • Bu gün, 19:15
    Milandan Turinə yollana bilər
  • Bu gün, 18:54
    Slot harda qərar tutacaq?
  • Bu gün, 18:23
    “Şəfa”nın yay hazırlıq planı bəlli oldu
  • Bu gün, 17:52
    “Kəpəz” azarkeşləri Mahmud Qurbanovu istəyir, o isə susur
  • Bu gün, 17:28
    La Liqada hamını qabaqladı
  • Bu gün, 16:57
    PFL-dən “CBC Sport”un direktoruna xüsusi hədiyyə
  • Bu gün, 16:26
    Bundestimdə itki
  • Bu gün, 15:55
    Levi səhmlərin bir hissəsini satdı
  • Bu gün, 15:24
    Dünya çempionatında oynaya bilməyəcək
  • Bu gün, 14:53
    Premyer-liqada mövsümün ən yaxşı 10 qolu - VİDEO
  • Bu gün, 14:32
    Liverpuldan Londona yollandı
  • Bu gün, 14:11
    “Məğlub olmuşuqsa, deməli, çatışmayan cəhətlər var” – Şahin Diniyev
  • Bu gün, 13:50
    Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
  • Bu gün, 13:29
    Florensiyanı tərk etdi
  • Bu gün, 12:58
    “Gələn il Çempionlar Liqası üçün qayıdacağıq” - “Arsenal”ın qələbə paradına milyona yaxın azarkeş qatıldı
  • Bu gün, 12:37
    “Gucci” “Alpin”ə ildə 50 milyon dollar verəcək! - dəb evi də “Formula-1” dünyasına ayaq açdı
  • Bu gün, 12:16
    Vembanyama niyə ağladı?
  • Bu gün, 11:55
    Premyer-liqanın tarixinə düşdü
  • Bu gün, 11:34
    "Şəfa" yayın ilk transferini etdi
  • Bu gün, 11:13
    “Difai” 2-ci liqadan çəkiləcək?
  • Bu gün, 10:52
    Şəhriyar Məmmədyarov qələbə qazandı - “UzChess Cup”
  • Bu gün, 10:31
    “Veqas” final seriyasına qələbə ilə başladı
  • Bu gün, 10:00
    "...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
  • Bu gün, 08:31
    Xaçmazda regional turnir başa çatdı
  • Dünən, 23:42
    La Liqada gözlənilən istefa
  • Dünən, 23:04
    Azərbaycanın İstanbuldakı sabiq konsulu dəstəklədi, Əziz Yıldırım prezident seçildi!
  • Dünən, 22:56
    Milli komandanın kapitanı oldu
  • Dünən, 22:00
    İtaliya paytaxtını tərk etmədi
  • Dünən, 21:01
    Ayxan Abbasov mətbuat önünə çıxacaq
  • Dünən, 20:30
    Kurasaonun avtobusu, millinin fiaskosu... - nəyiniz çatmır, qardaşlar?
  • Dünən, 19:56
    Cüdoçumuz Tallindən medalla dönür
  • Dünən, 19:25
    ''Qalatasaray''ın sabiq ulduzu Okan Burukun köməkçisinə çevrilə bilər
  • Dünən, 18:54
    ''Performansımla bu pullara layiq olduğumu göstərdim'' - Uğurcan Çakır üçün mövsümün unudulmaz oyunları hansıdı? 
Daha çox
Oxunub: 717
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 251
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 249
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 156
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə