İspaniya yığması Millətlər Liqasında qarşıdakı oyunlara hücum xəttində ciddi itkilərlə çıxacaq.
"Football-plus.az" xəbər verir ki, Lamin Yamal ilə Mikel Oyarsabal səhhətindəki problemlər səbəbindən komandadan kənarda qalıblar. “Barselona”nın oyunçusu Yamal dizindəki problemlərə görə yığmanın düşərgəsinə yollanmayıb. İspaniya Kral Futbol Federasiyasının məlumatına görə, 19 yaşlı vinger La Liqanın son turunun “Atletiko” ilə matçından (2:1) sonra sağ dizində narahatlıq hiss edib. Müayinədən sonra onun klubun düşərgəsində qalmasına qərar verilib.
Lamindən başqa, “Real Sosyedad”ın hücumçusu Oyarsabal da infeksiyadan sonra müalicəsini davam etdirdiyi üçün milli komandaya qoşulmayıb.
Yamal ilə Oyarsabal kənarda qaldılar
Dünya futbolu




