Betis”in yarımmüdafiəçisi Vilyam Karvalyo bir qıza təcavüz etməkdə ittiham olunur.
“AS” qəzetinin yaydığı məlumata görə, o, ötən ilin avqust ayında Madriddə olarkən bir qızı otel otağına dəvət edib. Karvalyo qızı qadağan olunmuş maddələrdən istifadə etməyə inandırıb. Bundan sonra qıza qarşı cinsi xarakterli zorakılıq hərəkətləri edib. Artıq Karvalyo ilə bağlı cinayət işi açılıb.
Təqsirləndirilən şəxs ifadə vermək üçün Sevilya məhkəməsinə çağırılıb. Karvalyo məhkəməyə getməsə, ona qarşı həbs cəzası tətbiq oluna bilər.
Xatırladaq ki, Portuqaliya millisinin yarımmüdafiəçisi “Betis”də 2018-ci ildən çıxış edir. Onun klubla müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.