Rikardo Karvalyo yenidən Portuqaliya yığmasına xidmət edəcək.
"Football-plus.az" xəbər verir ki, o, 7 ildən sonra fərqli statusla milli komandaya qayıdıb.
Portuqaliya Futbol Federasiyasının saytının məlumatına görə, “Portu”, “Çelsi”, “Real” və “Monako”nun sabiq müdafiəçisi yığmanın yeni baş məşqçisi Roberto Martinesin köməkçisi təyin olunub. Xatırladaq ki, 44 yaşlı Karvalyo Portuqaliya milli formada 2003-16-cı illərdə 89 oyuna çıxıb və 5 qol vurub.