Benjamin Mendinin bir neçə qıza təcavüzü və buna cəhd etməsi ehtimalı ilə bağlı məhkəmə davam edir.
"Football-plus.az" xəbər verir ki, “Mançester Siti”nin müdafiəçisinin işi fırıqdı.
“Marca” qəzetinin xəbərinə görə, fransız futbolçu 5 ildən 20 ilə qədər müddətədək həbs oluna bilər. Hətta onun ömürlük həbsi də mümkündü.
Qeyd edək ki, Mendi 2018-21-ci illərdə 6 qıza qarşı 9 zorlama və cinsi təcavüz ittihamının heç birinə qarşı özünü təqsirli bilməyib. Xəbər verdiyimiz kimi, bu faktlarla bağlı məhkəmənin hazırlıq iclası martın 11-də keçirilib. Bir neçə gün əvvəl başlayan son proses 6 həftə çəkə bilər. Mendinin yanvarın 7-də girov qoymaqla sərbəst buraxıldığını, daha əvvəl 134 gün həbsdə qaldığını da yada salaq.