Çərşənbə axşamı La Liqada 33-cü turun ilk üç oyunu keçirildi.
“Osasuna” ilə ev oyunu gözlənilmədən “Barselona” üçün çətin alındı. Qonaqların çalışdırıcısı Yaqoba Arrasate, gözlənildiyi kimi, meydana eksperimental heyət buraxmış, əsas oyunçularına “Real”la ölkə kubokunun finalı ərəfəsində dincəlmək imkanı yaratmışdı. Ancaq kataloniyalılar lazımi nəticəyə nail olmaq yolunda böyük çətinliklə üzləşdi. Onlar rəqib qapısı önündə təhlükəli vəziyyət yarada bilmirdi. Özü də elə ilk yarıda qonaqlar azlıqda qaldı. La Liqada debüt edən Errando 27-ci dəqiqədə birbaşa “qırmızı” ilə meydandan qovuldu.
Belə düşünmək olardı ki, say üstünlüyü qazanan lider tezliklə məsələni həll edəcək. Sadəcə, “Osasuna” azlıqda da inamla müdafiə olundu, üstəlik “Barselona”nın oyunçuları imkanları sağa-sola xərcləməyə başladı. Pamplonalıların qapıçısı Fernandes də bir neçə əla seyvlə yadda qaldı. Ancaq sona lap az qalmış meydan sahibləri say üstünlüyündən yararlandı. Sonradan meydana çıxan Alba “Barsa”nı çempionluğa bir addım da yaxınlaşdırdı. “Real”ın da uduzduğunu nəzərə alsaq, kataloniyalılara son 5 oyunda yalnız iki xal lazımdı.
Çoxdan çempionluq uğrunda mübarizədən kənarda qalan “Real” bu gedişlə 2-ci yeri də əldən verəcək. Madridlilərin “Real Sosyedad”a uduzması oyunun axarına uyğun idi. İlk yarı bərabər və yetərincə kəskin mübarizə şəraitində keçdi, hesab açılmadı. Fasilədən dərhal sonra Militaonun kobud səhvi Kubonun qoluna gətirib çıxardı. Hesabı bərabərləşdirmək cəhdi uğursuzluqla nəticələnən qonaqlar tezliklə meydanda azlıqda qaldı. Karvaxal 61-ci dəqiqədə qovuldu. Belədə təzyiqi daha da artıran basklar 85-ci dəqiqədə 2-ci qolu da vurdu.
Günün daha bir oyununda “Almeriya” “Elçe”ni məğlub etməklə aşağı dəstəyə göndərdi. 33 oyundan sonra cəmi 16 xalı olan “Elçe”nin xilası arrıq mümkünsüzdü. 2019/20 mövsümünün yekunlarına görə elitaya vəsiqə qazanan komanda burda yalnız üç il davam gətirə bildi.
33-cü tur
Barselona – Osasuna 1:0
Alba, 85.
Barselona: Ter Ştegen, Balde (Alba, 76), Kristensen (Qarsiya, 52), Arauxo, Kunde, Pedri, Buskets (Torres, 76), De Yonq, Qavi (Fati, 36), Rafinya (Dembele, 52), Levandovski.
Real Sosyedad – Real 2:0
Kubo, 47. Barreneçea, 85.
Real Sosyedad: Remiro, Munyos, Le Norman, Subeldiya (Paçeko, 64), Qorosabel (Elustondo, 63), Merino, Subimendi, Oyarsabal, D.Silva (İllyarramendi, 89), Sörlot (Fernandes, 74), Kubo (Barreneçea, 74).
Real: Kurtua, Naço, Rüdiger, Militao, Karvaxal, Kroos (Vaskes, 63), Çuameni, Sebalyos, Rodriqo, Asensio (Arribas, 82), Dias (Rodriges, 59).
Almeriya – Elçe 2:1
Baptistao, 22. Embarba, 52 – Ponse, 90.
“Jirona” – “Malyorka”, “Sevilya” – “Espanyol”, “Atletik” – “Betis”, “Rayo Valyekano” – “Valyadolid” oyunları bu gün keçiriləcək.
1. Barselona 33 26 4 3 60-11 82
2. Real 33 21 5 7 69-32 68
3. Atletiko 32 20 6 6 55-25 66
4. Real Sosyedad 33 18 7 8 43-29 61
5. Vilyarreal 32 16 5 11 46-33 53
6. Betis 32 14 7 11 39-37 49
7. Atletik 31 13 7 11 42-31 46
8. Osasuna 33 12 8 13 29-35 44
9. Rayo Valyekano 32 11 10 11 38-41 43
10. Jirona 31 11 8 12 48-45 41
11. Sevilya 31 11 8 12 38-45 41
12. Malyorka 31 11 7 13 30-34 40
13. Selta 32 10 9 13 38-45 39
14. Almeriya 33 10 6 17 42-58 36
15. Kadis 32 8 11 13 25-44 35
16. Valyadolid 32 10 5 17 29-55 35
17. Valensiya 32 9 6 17 35-39 33
18. Espanyol 32 7 10 15 38-53 31
19. Xetafe 32 7 10 15 29-42 31
20. Elçe 33 3 7 23 25-64 16
Bombardirlər: Levandovski (Barselona) – 19, Benzema (Real) – 17, Xoselu (Espanyol) – 14, Ünal (Xetafe) – 13.
Faktlar
* “Barsa” bir mövsüm ərzində buraxılan qol sayına görə yeni klub rekordu müəyyənləşdirdi. Cari mövsümdə 25-ci “quru” oyununu keçirən kataloniyalıların indiyəqədərki ən yaxşı nəticəsi 24-ə (1986/87 mövsümündə) bərabər idi. “Quru” oyunların sayına görə La Liqa rekordu hələ də “Deportivo”ya məxsudu (1993/94 mövsümündə 26 oyun).
* “Barsa” La Liqa tarixinə 11 minimal hesablı qələbə qazanan 4-cü komanda kimi düşdü. “Valensiya” 1988/89 mövsümünü belə nəticə ilə bitirib, “Atletiko” (2017/18) və “Sevilya” (2020/21) isə “yarasalar”ın uğurunu təkrarlayıb.
Oyundan sonra
Xavi Ernandes, “Barselona”nın baş məşqçisi: