Durumuna aydınlıq gətirmək üçün əvvəlcə özüylə əlaqə saxladıq. Futbolçu bizə, sadəcə, yaxşı olduğunu desə də, ətraflı məlumat vermək istəmədi. “Səbail”in məbuat xidmətinin rəhbəri Rəşad Məmmədov isə "football-plus.az"a bunları dedi:
“Ağabalanın vəziyyəti yaxşıdı. Hazırda ev şəraitində müalicəsi davam edir. İndiki zamanda dəqiq nəsə demək qeyri-mümkündü. Hələ ki müalicəsi bitməyib. Müalicə başa çatandan sonra klubun həkimi qərar verəcək”.
MİRKAMAL KAZIMZADƏ






