“Qarabağ”ın “Səbail”lə oyununda qonaqların hücumçusu Ağabala Ramazanov meydana çıxmadı.
Onun adı ehtiyat oyunçuların siyahısında da yox idi. Əldə etdiyimiz məlumata görə, Ramazanov zədə üzündən kənarda qalıb.
Onun durumuna aydınlıq gətirmək üçün “Səbail”in mətbuat katibi Sənəm Fərhadlı ilə danışdıq:
“Ağabala Ramazanov Gürcüstanda, “Dila” ilə oyunda daban nahiyəsindən zədələndi. “Qarabağ”la oyunöncəsi məşqlərdə iştirak edirdi. Lakin məşq zamanı ağrıları daha da şiddətləndi. Turun ilk oyununu buna görə buraxdı. Həkimlə danışdıq, hələ də ayağında ağrılar olduğunu dedi. Böyük ehtimalla 2-ci turun “Turan Tovuz”la oyununu da buraxacaq”.
ŞAİR ABDULLA