"Football-plus.az" xatırladır ki, hücumçu rəqib müdafiəçi Faiq Hacıyevlə mübarizədən sonra yerə yıxılmış və çənəsindən aldığı zərbə üzündən huşunu itirmişdi. Nəticədə dərhal təcili tibbi yardım avtomobiliylə xəstəxanaya aparılmışdı.
Onun son durumu haqda "Səbail"in Media və Marketinq şöbəsinin rəhbəri Rəşad Məmmədovdan məlumat aldıq:
"Hələ ki xəstəxanadadı. Daha bir-iki gün həkim nəzarətində olacaq. Tezliklə evə buraxılacağı gözlənilir. Özünü çox yaxşı hiss edir. Sonrakı durumu haqda danışmaq üçün tezdi. Sonuncu müayinələrin nəticəsinə görə yaşıl meydana nə vaxt qayıdacağı bəlli olacaq".
KƏNAN BAHADIR





