Belə ki, “Səbail”in kapitanı Ağabala Ramazanov doğma meydanda "Turan Tovuz"a qarşı keçirilən oyunda rəqib futbolçu Faiq Hacıyevlə toqquşmuşdu. Başından zərbə alan 30 yaşlı hücumçu yerə yıxılandan sonra həkimlər ona yardım etmək üçün dərhal meydana daxil olmuş, forvard Təcili Tibbi Yardım maşını ilə xəstəxanaya aparılmışdı. Sonuncu dəfə oyunçunun müalicəsini Bilgəhdə yerləşən kardioloji sanatoriyada davam etdirdiyini yazmışdıq. Görəsən, indi Ağabalanın durumu necədi? Özünü necə hiss edir? Onu nə vaxt yaşıl meydanda görə biləcəyik?
Bu suallarla “Səbail”in baş məşqçisi Şahin Diniyevə müraciət etdik. O, "Football-plus.az"a açıqlamasında durumun qənaətbəxş olduğunu dedi:
“Ağabala müalicəsini evdə davam etdirir. Müalicə bitəndən sonra yekun MRT müayinəsindən keçəcək. Məşqlərə nə zaman başlayacağını ancaq bundan sonra deyə bilərik. Qış təlim-məşq toplanışına gedib-getməyəcəyi sual altındadı. Ona Allahdan şəfa diləyirəm”.
GÜNAY SÜLEYMANOVA






