Qəza zamanı ağır xəsarət alan klub rəsmisinin durumu necədi? - AÇIQLAMA

28.03.2023 15:36 344
I liqa
Birinci divizionun oyunu üçün Şamaxıya gedərkən “Mingəçevir”in avtobusu qəzaya uğramışdı.

Həmin hadisə zamanı “işıqçılar”ın idman direktoru Zaur Qarayev ağır xəsarət almışdı. Bakıdakı “Liv Bona Dea Hospital”ın müalicə alan mütəxəssisin durumunu öyrənmək üçün klubun İdarə Heyətinin rəhbəri Ruslan Həmidovla əlaqə saxladıq. Onun “Football-plus.az” saytına açıqlaması belə oldu:

“Zaur müəllim hazırda Mingəçevirdədi. Vəziyyəti yaxşıdı. Lakin ev şəraitində hələ də müalicə alır. İnşallah, tezliklə sağlığına qovuşar”.


İLKİN SULTANLI