Neymar ona şər atıldığını sübut etmək qərarına gəlib.
"Football-plus.az" xəbər verir ki, məşhur futbolçu məhkəməyə üz tutub.
“Əl-Hilal”ın (Səudiyyə Ərəbistanı) hücumçusu onunla intim münasibətdə olduğunu iddia edən qıza qarşı məhkəmə iddiası qaldırıb. Söhbət Sofiya Barkleydən gedir. O, 2021-ci ildə gecə klublarından birində Neymarla intim münasibətdə olduğunu iddia edir. Sofiya buna görə ulduz futbolçunun fanatları tərəfindən hədələndiyini də bildirib. Neymar isə qızın iddialarına rəsmən etiraz edib. O, mənəvi ziyana görə qarşı tərəfdən 18 min avro təzminat tələb edir.