Neymar gecə klubunda insident törətdi

6.07.2023 14:53 265
Maraqlı
Neymar vətənində insident törədib.

"Football-plus.az" xəbər verir ki, PSJ-nin hücumçusu Braziliyadakı gecə klublarından birində dava edib.

“Mundo Deportivo”nun məlumatına görə, o, Rio de Janeyroda gecə klubunda dava salıb. Neymar və tanımadığı bir kişi bir-birlərini itələyərək qışqırıblar. Gecə klubunun mühafizə xidməti qarşıdurmaya müdaxilə etmək məcburiyyətində qalıb. Münaqişənin səbəbi hələlik məlum deyil.

Bir neçə gün əvvəl Neymarın PSJ-ni tərk edə biləcəyi haqda xəbər yayılmışdı. Hücumçunun karyerasını davam etdirmək variantlarından biri “Barselona”dı. Braziliyalının PSJ ilə müqaviləsinin müddəti 2025-ci ilə qədərdi.