Futbol üzrə ölkə kubokunun 1/8 final mərhələsinin “Qarabağ” – MOİK oyunu dekabrın 21-də Xankəndi şəhər stadionunda keçiriləcək.
Bu oyun ətrafında böyük ajiotaj var. Axı Xanın kəndinə futbolçu nəvə-nəticələri təşrif buyuracaq. Bəs tanınmış telejurnalist, son sənədli filmlərində “Qarabağ”a da xüsusi yer ayıran Səadət Məmmədova Xankəndinə gedəcəkmi?
"Football-plus.az"a açıqlama verən Səadət xanım hələ ki dəvət almadığını, bəlkə yeni iş həftəsində bunun gerçəkləşə biləcəyini dedi. Ona "Qarabağ" - MOİK matçının maraqlı film mövzusu ola biləcəyini də xatırlatdıq. Səadət xanım Xankəndinə dəvət ediləcəyi halda bu haqda düşünəcəyini dedi.
GÜNAY SÜLEYMANOVA