Xankəndi səfəri azarkeşə 50 manata başa gələcək?

10.12.2023 10:50 2 183
Ölkə kuboku / Manşet
Ölkə kubokunun 1/8 final mərhələsinin dekabrın 21-nə nəzərdə tutulan "Qarabağ" - MOİK oyununun Xankəndidə keçirilməsi artıq həllini tapmış məsələdi.

Redaksiyamıza daxil olan məlumata görə, oyunla bağlı təşkilatçılıq işlərinə artıq klubun ən fəal fanklubu olan "İmarət Tayfa" da start verib. Azarkeşləri aparacaq avtobusların Bakıdan kolon şəklində hərəkət edəcəyi gözlənilir. Hətta Xankəndinə getmək istəyən azarkeşlərdən yolxərcini qarşılamaq üçün 50 manat pul da yığılır. Bunun nə dərəcədə real olduğunu aydınlaşdırmaq üçün adı çəkilən fanklubun rəhbəri Elnur Quliyevlə əlaqə saxladıq: 
"Oyunun hələ Xankəndidə keçiriləcəyi rəsmləşməyib. Bu məsələdə “yaşıl işıq yandırılsa”, təbii ki, biz tərəfdən lazım olan təşkilati işlər həyata keçiriləcək. Azarkeşlərdən 50 manatın yığılması da düz deyil. Oyunun yeri dəqiqləşəndə fəaliyyətimizlə bağlı ictimaiyyətə açıqlama verəcəyik". 


ABDULLA İSMAYILOĞLU