Bəs futbolçunu bundan sonra nə gözləyir? Yaşıl meydana nə vaxt qayıdacaq? Ümumiyyətlə, əməliyyat hansı səbəbdən həyata keçirilib?
“Dənizçilər”in Media və Marketinq şöbəsinin rəhbəri Rəşad Məmmədov suallarımızı belə cavabladı:
“Cabir ötən həftənin cümə günü məşqdə zədələndi. Sağlamlığının daha tez bərpa edilməsi bizim üçün vacib olduğundan Türkiyədə sağ dizindən menisk əməliyyatı etdirdik. Hazırda özünü yaxşı hiss edir. Təəssüf ki, qış fasiləsinə qədər heç bir oyunda iştirak edə bilməyəcək. Onun üçün 2023-cü il bitdi. Həkimlər daha tez sağalması üçün əlindən gələni edəcək. Kapitan təxminən 2 aydan sonra məşqlərə başlayacaq. Qış təlim-məşq toplanışında kollektivlə birgə olacağı gözlənilir”.
Maraq üçün qeyd edək ki, “Səbail” Misli premyer-liqasının 10-cu turunda “Neftçi”ni qəbul edəcək. Bu matçda kapitan sarğısını Ağabala Ramazanov daşıya bilər.
KƏNAN BAHADIR




