• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Spartak” autsayderlə bacarmadı - TURUN ŞƏRHİ

Dünya futbolu

17-05-2023, 15:0

“Spartak” mövsümün sonunu uğursuz keçirməkdə davam edir.

Bu dəfə Moskva nəhəngi çempionatın ən zəiflərindən olan “Ximki”ni yenə bilmədi. Komandanın son 11 rəsmi oyunda yalnız iki qələbəsi var. Adəti üzrə “Spartak” xal itkisindən sonra yenə hakimi günahlandırdı. Onların fikrincə, ilk hissənin sonlarında Denisova göstərilən 2-ci sarı vərəqə haqsız idi. Maraqlıdı ki, baş məşqçi Gilyermo Abaskalın oyunsonrası mətbuat konfransı cəmi 30 saniyə çəkdi və o, jurnalistlərin suallarına cavab verməkdən imtina etdi. Çempionluğu ötən tur rəsmiləşdirən “Zenit” “Krasnodar”la ev oyununda məğlubiyyətdən son anda qurtuldu. Bombardirlər yarışına başçılıq edən və növbəti qolunu vuran Malkom bu mövsüm premyer-liqada artıq 30 qolun vurulmasında yaxından iştirak edib (23 qol, 7 məhsuldar ötürmə). Sonuncu dəfə çempionatda ən azı 30 qolda iştirak etməyi bacaran futbolçu 2015/16-da yenə də “Zenit”in heyətində Halk olub (17 qol, 16 məhsuldar ötürmə).

Şənbə gününün son matçında elitanı tərk edən ilk klubun adına aydınlıq gəldi. 9-cu turdan bu yana sonuncu pillədən “möhkəm yapışan” “Torpedo” əla formada olan ÇSKA önündə darmadağı olaraq taleyi ilə barışdı. Son 10 turda 30 mümkün xaldan 28-ni qazanan və 2-ci pillədə qərarlaşan “hərbçilər” sona 3 tur qalmış “Spartak”la fərqi 4 xala çatdırdılar. Növbəti turda məhz elə bu klubların derbisi baş tutacaq.

Bazar gününün ilk matçında “Krılya Sovetov”la “Lokomotiv” qalibi müəyyənləşdirə bilmədi. Samaralılar çempionat çərçivəsində “Loko”nu ardıcıl 17-ci oyunda məğlub edə bilmədilər. Seriya 2011-in aprelindən başlayıb. “Axmat”ın səfərdə “Dinamo”nu asanlıqla darmadağın etməsi bir qədər gözlənilməz oldu. Qroznılıların səfər göstəriciləri diqqəti çəkir. Komanda bu mövsüm rəqib meydanlarında həm qələbə (8) sayına, həm də toplanılan xallara (26) görə şəxsi rekordunu yeniləyib. Matçdan bir neçə saat sonra Slavişa Yokanoviçin istefa xəbəri gəldi. Çünki “Dinamo” enişdə idi və son 4 turun üçündə uduzmuşdu. Serbiyalı mütəxəssis moskvalıların “sükanı arxasına” ötən yay keçmişdi. Komanda onun başçılığı altında kubokda yarımfinala qədər irəlilədi. Yokanoviçi həmyerlisi, “Lokomotiv”in sabiq çalışdırıcısı Marko Nikoliçin əvəzləyəcəyi gözlənilir.

“Fakel” “Nijni Novq orod”u yenməklə ardıcıl 3-cü “quru” qələbəsini qazandı. Elitada cəmi 5-ci mövsümünü keçirən voronejlilərin daha öncə heç vaxt belə seriyası olmamışdı. 3-cü pillədəki “Rostov” isə yenə qola və xala həsrət qaldı. Enişdə olan Valeri Karpinin komandasının son 6 turda cəmi bir qələbəsi var.

27-ci tur
Zenit – Krasnodar 2:2

Malkom, 15. Kassyerra, 90+6 – Banyats, 51. İonov, 58.
Zenit: Kerjakov, Karavayev (Yeroxin, 85), Çistyakov (Kruqovoy, 74), Alip, Santos, Barrios, Klaudinyo, Vendel (Kuzyayev, 62), Malkom, Mostovoy (Mantuan, 74), Sergeyev (Kassyerra, 61).

ÇSKA – Torpedo 3:0
Çalov, 5; 90-p. Oblyakov, 38.
ÇSKA: Akinfeyev, Qayiç, Roşa (Nababkin, 90+4), Diveyev, Moyzes (Aqapov, 90+4), Medina, Zdelar, Mendes, Oblyakov, Çalov (Kuçayev, 90+3), Zabolotnı (Karraskal, 85).

Ximki – Spartak 1:1
Mirzov, 23 – Sobolev, 56.
Spartak: Selixov, Denisov, Çernov (Maslov, 89), Litvinov, Tavareş, Martins, Prutsev (Mozes, 60), Zinkovski (İqnatov, 80), Balde (Xluseviç, 60), Promes, Sobolev (Nikolson, 89).

Krılya Sovetov – Lokomotiv 1:1
Tsıpçenko, 40 – İzidor, 48.
Lokomotiv: Lantratov, Nenaxov, Kuzmiçev, Poqostnov, Tiknizyan, Barinov, Karpukas (Maradişvili, 69), Kamano (Mitay, 84), Mirançuk (Qluşenkov, 46), Jemaletdinov (Rakov, 65), İqnatyev (İzidor, 46).

Soçi – Rostov 1:0
Şipunov, 89.

Dinamo – Axmat 0:3
Qbamble, 38. Konate, 57. İlyin, 71.

Ural – Orenburq 2:1
Yuşin, 62. Kaplenko, 89-öz qapısına – Obuxov, 83.
Fakel – Nijni Novqorod 1:0
Akbaşev, 67-p.

1. Zenit 27 20 5 2 70-17 65
2. ÇSKA 27 16 6 5 51-24 54
3. Rostov 27 14 8 5 44-35 50
4. Spartak 27 14 8 5 58-36 50
5. Axmat 27 14 4 9 44-34 46
6. Krasnodar 27 12 7 8 57-44 43
7. Dinamo 27 12 6 9 44-38 42
8. Orenburq 27 12 3 12 50-52 39
9. Soçi 27 11 4 12 36-48 37
10. Lokomotiv 27 10 6 11 46-43 36
11. Ural 27 8 6 13 29-42 30
12. Fakel 27 5 12 10 34-45 27
13. Krılya Sovetov 27 6 8 13 27-43 26
14. Nijni Novqorod 27 6 5 16 27-50 23
15. Ximki 27 4 6 17 25-59 18
16. Torpedo 27 3 4 20 20-52 13

Bombardirlər:
Malkom (Zenit) – 23, Promes (Spartak) – 18, Çalov (ÇSKA) – 17.
Növbəti turun oyunları mayın 20-22-si aralığında keçiriləcək: Lokomotiv – Fakel, Torpedo – Dinamo, Orenburq – Zenit, Axmat – Ximki, Krılya Sovetov – Ural, Spartak – ÇSKA, Krasnodar – Rostov, Nijni Novqorod – Soçi.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

10-05-2023, 19:0

“Zenit”: ardıcıl 5-ci çempionluq! - TURUN ŞƏRHİ

Dünya futbolu

12-04-2023, 17:0

“Loko” və Dzyuba “Zenit”lə bacara bilmədi – ŞƏRH

Dünya futbolu

3-05-2023, 18:0

Malkom coşdu, “Zenit” şou göstərdi - TURUN ŞƏRHİ

Dünya futbolu

19-04-2023, 15:0

Kadili “Krasnodar” qarşısıalınmazdı – TURUN ŞƏRHİ

Dünya futbolu

29-09-2022, 23:0

"Spartak" 5 illik seriyaya son qoydu

Dünya futbolu / Reportaj

28-04-2023, 22:0

“Spartak”dan əzmkar və dramatik qələbə - TURUN ŞƏRHİ

Aktual
Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
“Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
Son xəbərlər
  • Bu gün, 01:09
    Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
  • Bu gün, 00:17
    "Qarabağ"ın növbəti rəqibi məlum oldu
  • Dünən, 23:56
    "Elvin üçün faydası varsa, tez-tez asfalta göndərərik" - Qurban Qurbanov
  • Dünən, 23:35
    "Fürsətlərdən yararlana bilmədik" - İvan Kostyuk
  • Dünən, 23:13
    "Sabah"ın "Tofiq Bəhramov" seçiminin əsl səbəbi - klub Masazırda hansı problemlə üzləşib?
  • Dünən, 22:30
    MY yeniyetmə futbolçu aldı
  • Dünən, 22:02
    "Qarabağ" Konfrans Liqasının pley-offunda! - YENİLƏNİB
  • Dünən, 21:11
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:35
    "Real”a yeni mövsümdə lazım olmadı
  • Dünən, 20:04
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 19:33
    Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
  • Dünən, 19:25
    Dünya çempionunun yolu haradı?
  • Dünən, 18:33
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:00
    APL Fantasy platformasında qeydiyyatdan keçənlərin sayı 10 000-i ötdü!
  • Dünən, 17:53
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 17:43
    “Tofiq Bəhramov” dolub-daşacaq! – artıq 26945 bilet satılıb
  • Dünən, 17:23
    O, artıq “Barselona”ya lazım deyil
  • Dünən, 17:04
    "Qarabağ" "Dinamo" matçından öncə fan-zona yaradılacaq
  • Dünən, 16:20
    "Şəfa"dan növbəti transfer
  • Dünən, 15:50
    Londondan Liverpula yollandı
  • Dünən, 15:20
    Haunun xələfi o oldu
  • Dünən, 14:49
    “Qarabağ”ın oyununa görə metro gücləndirilmiş rejimdə işləyəcək
  • Dünən, 14:20
    "Araz-Naxçıvan" "Sabah"ın müdafiəçisini icarəyə götürdü
  • Dünən, 13:58
    MS-yə yenə gərək olmadı
  • Dünən, 13:27
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 12:56
    Milli komandanı tərk edəcək
  • Dünən, 12:25
    Bolonyadan Turinə yollanmağa yaxındı
  • Dünən, 11:54
    "Kəpəz" belçikalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 11:23
    “Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
  • Dünən, 10:52
    Millimiz Qazaxıstana uduzdu
  • Dünən, 10:31
    Məşhur futbolçu inadından dönmür
  • Dünən, 10:00
    Portuqaliyadan İngiltərəyə üz tutdu
  • Dünən, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • 12-08-2026, 23:0
    Bundan sonra İtaliyada oynayacaq
  • 12-08-2026, 22:0
    Dortmundu tərk etdi
Daha çox
Oxunub: 334
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 283
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 132
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə