• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Krasnodar”ın seriyası Kadinin sayəsində davam etdi – TURUN ŞƏRHİ

Dünya futbolu

21-09-2023, 00:0

Tur cümə günü “Dinamo”nun ortabab “Nijni Novqorod”la ev oyununda qələbəni son anlarda əldən verməsi ilə start götürdü.

Ümumiyyətlə, Moskva təmsilçiləri üçün tur heç də uğurlu keçmədi. ÇSKA “Krılya Sovetov”la ev oyununda artıq 22-ci dəqiqədə 2 top fərqi ilə geridə idi. Düzdü, “hərbçilər” hesabı 2:2-yə gətirə bildilər. Amma komandanın bundan artığına gücü çatmadı. ÇSKA ardıcıl 9-cu çempionat oyununda qapısını toxunulmaz saxlaya bilmədi. Komandanın bundan daha pis seriyası (11 oyun) yalnız bir dəfə - 1994-cü ildə olub. Onu da bildirək ki, ÇSKA-nın sonuncu dəfə 2 top fərqi ilə geridə olduğu çempionat oyununda xal qazanmasına 2015-in sentyabrında rast gəlinmişdi. O vaxt “Mordoviya” ilə oyunda 6:4-lük qələbə əldə olunmuşdu. Digər Moskva təmsilçisi “Lokomotiv” evdə “Orenburq”la oyunda qələbə bir yana, heç xal da qazana bilmədi. Baş məşqçi dəyişikliyindən sonra yüksəlişə keçən “Orenburq” uzun müddət yaxşı müdafiə olunaraq son 10 dəqiqədə vurduğu qollarla rəqibini şoka saldı. Ona da bildirək ki, “Lokomotiv”in möhtəşəm qol seriyası başa çatdı və komanda turnirin rekordunu yeniləyə bilmədi. “Loko” son 22 çempionat oyununun hamısında qol vurmuşdu və bu rekordu ÇSKA ilə bölüşürdü. Amma Dzyuba və komanda yoldaşları seriyanı 23-cü oyuna daşıya bilmədilər. Moskva təmsilçilərindən yalnız “Spartak” böyük çətinliklə də olsa, fanatlarını sevindirdi. Gilyermo Abaskalın kollektivi yeni transfer olunmuş serbiyalı mərkəz müdafiəçisi Babiçin son dəqiqələrdə vurduğu qol sayəsində premyer-liqada 4 oyunluq qələbəsiz seriyaya son qoydu. Sabiq “Qarabağ”lı Kadinin mövümdəki ilk qolu sayəsində isə “Krasnodar”ın məğlubiyyətsiz seriyası davam etdi. Ötən mövsümü də nəzərə alsaq, komanda premyer-liqada ardıcıl 14-cü oyunda uduzmayaraq şəxsi rekordunu təkrarladı. “Krasnodar” zirvədəki yerini qorusa da, “Zenit” artıq fərqi minimuma endirməyə müvəffəq olub. Sankt-Peterburq nəhəngi səfərdə “Rubin”ə futbol dərsi keçərək son 5-ci turda 4-cü qələbəsini qazandı. “Lokomotiv”də oynamaq istəməyərək “Zenit”ə keçən İzidorun debüt oyunundaca qol vurması diqqəti çəkdi. Fransalı vinger XXI əsrdə premyer-liqada həm “Zenit”, həm də “Loko”nun heyətində qol vurmuş 6-cı futbolçu oldu.

8-ci tur
Rubin – Zenit 0:3
İzidor, 8. Kassyerra, 55. Klaudinyo, 59.
Zenit: Kerjakov, Karavayev, Yerakoviç, Alip (Kruqovoy, 87), Santos, Barrios, Vendel (Du Keyroş, 70), Klaudinyo (Vasilyev, 66), Mantuan (Sutormin, 46), İzidor (Sergeyev, 66), Kassyerra.
Spartak – Soçi 1:0
Babiç, 90+1.
Spartak: Selixov, Denisov, Duarte, Babiç, Xluseviç (Ryabçuk, 87), Zobnin (Prutsev, 46), Martins, Bonqonda (Zinkovski, 74), Mozes (Medina, 66), Promes, Sobolev.
ÇSKA – Krılya Sovetov 2:2
Zabolotnı, 32-p. Çalov, 75 – Rasskazov, 2. Saltıkov, 22.
ÇSKA: Akinfeyev, Kellven, Qayiç, Nababkin (Çalov, 59), Roşa, Moyzes (Aqapov, 21), Zdelar, Kuçayev (Muxin, 46), Davila (Fayzullayev, 46), Oblyakov, Zabolotnı (Qlebov, 90+4).
Lokomotiv – Orenburq 0:2
Başiç, 84. Vorobyov, 90+4.
Lokomotiv: Lantratov, Silyanov (Süleymanov, 78), Morozov, Fasson, Nenaxov, Barinov, Karpukas (Kulikov, 54), Pinyaev (Tiknizyan, 64), Mirançuk (Rıbçinski, 54), Qluşenkov (Maradişvili, 63), Dzyuba.
Axmat – Krasnodar 1:1
Oleynikov, 3 – Kadi, 38.
Dinamo – Nijni Novqorod 1:1
Smolov, 8-p. – Kutateladze, 88.
Baltika – Rostov 2:2
Enrikes, 86. Bistroviç, 90+4 – Utkin, 16. Qolenkov, 43.
Ural – Fakel 0:0
1. Krasnodar 8 5 3 0 12-3 18
2. Zenit 8 5 2 1 18-6 17
3. Krılya Sovetov 8 4 3 1 19-11 15
4. Dinamo 8 4 3 1 16-13 15
5. Ural 8 4 2 2 8-8 14
6. Spartak 8 4 1 3 13-12 13
7. ÇSKA 8 3 3 2 16-12 12
8. Lokomotiv 8 3 3 2 13-13 12
9. Nijni Novqorod 8 3 2 3 6-7 11
10. Axmat 8 3 2 3 11-9 11
11. Orenburq 8 2 2 4 9-13 8
12. Rostov 8 2 2 4 10-16 8
13. Soçi 8 2 0 6 8-12 6
14. Rubin 8 1 3 4 9-18 6
15. Fakel 8 1 2 5 5-13 5
16. Baltika 8 1 1 6 8-15 4
Bombardirlər: Kassyerra (Zenit) – 7, Çalov, Zabolotnı (hər iki ÇSKA) - 5, Smolov (Dinamo), Spertsyan (Krasnodar) – 4.
Növbəti turun oyunları sentyabrın 23-25-i aralığında keçiriləcək: Zenit – Lokomotiv, Spartak – Dinamo, Rostov – ÇSKA, Krasnodar – Ural, Krılya Sovetov – Soçi, Baltika – Axmat, Fakel – Rubin, Nijni Novqorod – Orenburq.

Oyundan sonra
Gilyermo Abaskal, “Spartak”ın baş məşqçisi: “Oyun çox çətin keçdi. Rəqibin haqqını vermək lazımdı. Müdafiədə yaxşı təsir bağışladılar. Amma oyunun əvvəllərində, daha doğrusu, ilk 7 dəqiqədə iki gözəl fürsəti boşa verdik. Onlardan heç olmasa, birini qola çevirsəydik, bu dərəcədə çətinlik çəkməzdik. Ümumi götürəndə layiqli qələbə qazandığımızı deyə bilərəm. İlk yarıda rəqibdən üstün oynadıq. Sonradan meydana çıxanlar da oyunumuzu gücləndirdi. Tək turnir cədvəli yox, psixoloji baxımdan da çox vacib qələbə qazandıq. Çünki son matçlarda heç cür uğursuzluq zolağından çıxa bilmirdik. Ehtiyatda qalıb meydana çıxmayanlar da komanda yoldaşlarını gözəl motivasiyalandırırdılar. Bu da komandamızda yaxşı ab-havanın olduğunu göstərir. “Spartak” birləşməyi bacaranda istənilən hədəfə çata bilir”.

Sergey Semak, “Zenit”in baş məşqçisi: “Nəticəyə baxmayaraq, asan qələbə qazandığımızı deməzdim. Ümumiyyətlə, çempionatımızda asan səfər oyunu olmur. Çox nadir hallarda elə olur ki, hər şey ideal alınır. Oyuna pis başlamasaq da, bəzi anlarda ötürmələrdə çoxlu səhvə yol verirdik. Amma bunu gözləmək olardı. Yığma fasiləsindən sonra oynamağın öz çətinlikləri olur. “Rubin” standart vəziyyətlər zamanı bizə xeyli problem yaratdı. Fasilədə taktikanı dəyişərək 5 müdafiəçili sistemə keçdik. Çalışırıq ki, rotasiyadan düzgün istifadə edək və heç bir oyunçunun üzərinə əlavə yük düşməsin”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

2-06-2023, 16:0

“Spartak” 2-ci pilləyə yüksəlmək “istəmədi” - TURUN ŞƏRHİ

Dünya futbolu

19-04-2023, 15:0

Kadili “Krasnodar” qarşısıalınmazdı – TURUN ŞƏRHİ

Dünya futbolu

6-09-2023, 21:0

“Krasnodar” liderliyini möhkəmləndirdi - TURUN ŞƏRHİ

Dünya futbolu

10-05-2023, 19:0

“Zenit”: ardıcıl 5-ci çempionluq! - TURUN ŞƏRHİ

Dünya futbolu

17-05-2023, 15:0

“Spartak” autsayderlə bacarmadı - TURUN ŞƏRHİ

Dünya futbolu

12-04-2023, 17:0

“Loko” və Dzyuba “Zenit”lə bacara bilmədi – ŞƏRH

Aktual
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
“Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
“Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
"Kayzerslautern" çətin durumda - "qırmızı iblislər" Mahiri heyətdə saxlaya bilər!
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Son xəbərlər
  • Dünən, 23:59
    A seriyasında istefa
  • Dünən, 23:42
    Futbol əfsanəsi vəfat etdi
  • Dünən, 23:00
    İspaniyadan Niderlanda üz tutdu
  • Dünən, 22:41
    “Nyukasl”dan ayrıldılar
  • Dünən, 22:10
    “Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
  • Dünən, 21:39
    Bolonyada qərar tutdu
  • Dünən, 21:28
    İstefası qaçılmaz oldu
  • Dünən, 20:40
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 20:18
    Yığma Avropa Liqasına məğlubiyyətlə başladı
  • Dünən, 19:56
    U-21 millimiz Bəhreynə qalib gəldi
  • Dünən, 18:55
    Gözlənilən ayrılıq rəsmən açıqlandı
  • Dünən, 18:24
    “Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
  • Dünən, 17:58
    FİFA-nın növbəti qadağası azarkeşlərdə narazılıq doğurdu
  • Dünən, 17:27
    DÇ ərəfəsində böyük saxtakarlıq
  • Dünən, 16:56
    İnzaqi hara üz tutacaq?
  • Dünən, 16:25
    Türkiyənin rəqibində əsas futbolçu zədələndi
  • Dünən, 15:54
    İranlılara viza verildi
  • Dünən, 15:38
    Msanqa da "Şamaxı"dan getdi
  • Dünən, 14:55
    “Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
  • Dünən, 14:27
    ''Trabzonspor''lu futbolçudan ''Fənərbaxça'' ilə oyunla bağlı etiraf
  • Dünən, 13:46
    Ayxan Abbasov iki futbolçunu millidən kənarlaşdırdı!
  • Dünən, 13:00
    ''Qalatasaray'' Osimhenə görə olan borcunu bağladı - İngiltərə nəhəngləri gözləmə mövqeyindədi
  • Dünən, 12:39
    Yankoviç oynadı, Monteneqro heç-heçə etdi
  • Dünən, 12:05
    Qrinvud da ''Fənər''ə keçməyə razılıq verdi - Əziz Yıldırımın rəqibi şou göstərir!
  • Dünən, 11:34
    "Kayzerslautern" çətin durumda - "qırmızı iblislər" Mahiri heyətdə saxlaya bilər!
  • Dünən, 11:12
    U-21 millimiz Bəhreynə qarşı
  • Dünən, 11:03
    Nəhayət, Qvardioladan ayrılacaq
  • Dünən, 10:00
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Dünən, 00:26
    "Çoxdandı bu qədər qol epizodu yaratmırdıq" - Ayxan Abbasov
  • 5-06-2026, 23:0
    Millimiz Maltaya uduzdu - YENİLƏNİB
  • 5-06-2026, 23:0
    Xəyal zədələndi, meydanı xərəkdə tərk etdi
  • 5-06-2026, 23:0
    "Görüləcək işlər çoxdu" - Zaur Həşimov
  • 5-06-2026, 22:0
    Qurban Qurbanov Ağdama səfər etdi
  • 5-06-2026, 21:0
    "Şamaxı"da növbəti ayrılıq
  • 5-06-2026, 21:0
    Sadıq Sadıqov dünyasını dəyişdi
Daha çox
Oxunub: 692
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 242
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 238
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 225
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 170
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə