• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Mahirin Avropada qalmaq şansı çox cüzidi” - sabiq agenti onun “Legiya”ya keçidinin yanlış olduğunu dedi

Ölkə futbolu / Manşet

9-12-2023, 14:0

Həmvətənimiz Mahir Emrelinin Zaqreb “Dinamo”sunda işləri heç də yaxşı getmir. Baş məşqçi Sergey Yakiroviç onu son bir ayda çempionat oyunlarında yaşıl meydana həsrət qoyub.

Hücumçu sonuncu dəfə 14-cü turda “Varazdin”lə matçda çıxış edib. Daha dəqiq desək, noyabrın 5-də keçirilən oyunun 75-ci dəqiqəsində meydana çıxıb və 90+4-də qol vuraraq komandasını məğlubiyyətdən xilas edib. Ondan sonra yaşıl meydana həsrətdi. Tezliklə qış “transfer pəncərəsi” açılacaq, deməli, iş yerini dəyişmək üçün münasib vaxtdı.

Bəs Mahir bu imkandan yararlanacaqmı? Bu sualla onun sabiq meneceri Tural Əsgərova müraciət etdik.

- Mahir Emreli “Dinamo”da oynayacaq səviyyədə futbolçu deyil kimi mesajlar eşidirik. Demək olar ki, ona şans verilmir. Sizcə, problem nədədi? Mahir özünü göstərə bilmir, yoxsa baş məşqçi ona münasibətdə qərəzlidi?
- Doğrusu, mən pafoslu sözlər işlətməyin tərəfdarı deyiləm. Hansısa futbolçunun hansı səviyyədə olmadığını və ya olduğunu demək, eləcə də Mahirin Zaqrebin “Dinamo”sunda oynayacaq səviyyədə olmadığını iddia etmək düzgün deyil. Fakt budu ki, Mahir “Dinamo”da heyətə düşməkdə çətinlik çəkir. Artıq bir neçə məşqçi dəyişdiyinə görə hesab edirəm ki, bundan sonra Mahirin o klubda ciddi şansı yoxdu, orda əsas heyət üzvünə çevrilə bilməyəcək. Təəssüf ki, səbəblərini deyə bilmirəm. Çünki kənardayam. Klubda nə baş verdiyini bilmirəm. Amma niyə belə əminliklə deyə bilirəm ki, Mahir orda əsas heyət üzvü olmayacaq? Çünki bir neçə məşqçi dəyişib. Bir də mənim şəxsi düşüncəmə görə, bu “Dinamo” bəlkə də son 10 ilin ən zəif “Dinamo”sudu. Bu o deməkdi ki, klub uzun müddət belə zəif qalmayacaq. Bu mövsüm avrokubokdakı uğursuz çıxışdan sonra komanda xeyli güclənəcək. Artıq güclənəndən sonra bu gün heyətə düşməkdə çətinlik çəkən Mahirin orda oynamaq şansı sıfra bərabər olacaq. Klub rəhbərliyi ilə arasında münasibət pozulubsa da, mənim bundan xəbərim yoxdu. Ümumiyyətlə, “Dinamo” rəhbərliyində olanlar elə adamlardı ki, onlar üçün klub biznesdi. Mahir üçün müəyyən məbləğdə pul ödənilib. Əlavə də oyunçunun maaşı, bonusları ödənilib. “Dinamo” üçün bu pulu geri qaytarmamaq, yəni Mahiri daha yaxşı şərtlərlə satmamaq ciddi uğursuzluqdu. Baş məşqçinin onu qərəzli şəkildə meydanda görmək istəməməsi barədə danışmaq da doğru deyil. Bu bir biznes-layihədi - uğurlu və ya uğursuz olacaq. Hər kəs də istəyər ki, gördüyü iş uğurlu olsun.

- Futbolçunun daim ehtiyatda qalması, oyun vaxtı qazanmaması millidəki oyununa da təsir etməyəcəkmi?
- Əlbəttə, təsir edəcək, bu bəlli məsələdi. Bir var ki, klubda müntəzəm oynayan bir futbolçu milliyə gəlsin, bir də var ehtiyatda oturan, özünəinamı itən futbolçu gəlsin. Burda ciddi fərq var.

- “Dinamo”da rəhbərlik, baş məşqçi ilə ulduzu barışmayacağı təqdirdə qışda klubla yollarını ayırmalı olsa, Mahirin hansı qərar verəcəyini düşünürsüz? Yenidən vətənə qayıda bilərmi?
- Belə görünür ki, “Dinamo”nun Mahirlə bağlı ümidləri böyük deyil. Sözləşməsi də sona yaxınlaşmaq üzrədi. Bundan sonra ilyarım müqaviləsi qalıb. “Dinamo” kimi futbolçuya pul gözü ilə baxan klublar üçün hansısa oyunçuya pul xərcləyib sonra onu yaxşı qiymətə sata bilməmək fiaskodu. O baxımdan böyük çətinlikdi ki, klub rəhbərliyi müqaviləni pozsun. Çünki zaqreblilər ona görə ödənilən pulları fikirləşir. “Dinamo” belə qərar verərsə, Mahiri sərbəst buraxarsa, mən onun yerində olsam, qəbul edərəm. Demək olar ki, Mahirin Zaqreb “Dinamo”sunda oynamaq şansı yoxdu. Belə olacaqsa, Mahirin son dönəmdəki çıxışına əsasən deyə bilərik ki, onun Avropada qalmaq şansı çox cüzidi. Hətta mən deyərdim ki, belə çıxışdan sonra Avropadakı heç bir ciddi kluba keçə bilməyəcək. Bu baxımdan onun Azərbaycana qayıtması mümkün görünür. Bir də Türkiyə variantın unutmaq olmaz. Çünki azərbaycanlı futbolçular orda əcnəbi sayılmadığına görə bu da baş verə bilər. Yəqin ki, buna futbolçu özü qərar verəcək.

- Pis variant reallaşarsa, Mahir vətənə qayıdarsa, hansı kluba keçə bilər? Vaxtilə “Qarabağ” ın heyətində çıxış etməsi məhz ora dönüşü üçün təkan ola bilər?
- Müxtəlif klublar ola bilər. Futbolçu üçün düzgün transfer seçimi etmək çox vacibdi. Mən Mahirlə işləyəndə onun “Legiya”ya keçidinin əleyhinəydim. Bunu yanlış addım sayırdım. Sonra onunla işləməsəm belə, “Dinamo”ya keçidinə müsbət yanaşmamışam. Düşünürəm ki, sadəcə, klubun adına görə qərar vermək düzgün deyil. Növbəti bir seçim olacaqsa, çalışmaq lazımdı ki, doğru seçim olsun. Artıq bu işlə də Mahir özü və agentləri məşğul olmalıdı.

MİRKAMAL KAZIMZADƏ

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

7-12-2023, 17:0

Yakiroviç Mahirin “Dinamo”dan ayrılması üçün əlindən gələni edir

Dünya futbolu

1-07-2022, 22:0

Mahir Emreli doğum günündə komandasını məğlubiyyətdən xilas etdi

Dünya futbolu

16-09-2023, 22:0

Mahir meydana çıxdı, "Dinamo" rəqibini darmadağın etdi!

Dünya futbolu

28-08-2023, 10:0

Mahir oynadı, "Dinamo" qələbə qazandı

Aktual

30-07-2022, 11:0

Mahir Emreli fırtına kimi döndü - VİDEO

Çempionlar Liqası

16-08-2023, 10:0

"Dinamo" Mahir Emrelinin oynadığı matçda uduzdu

Aktual
“Mən də PFL ilə AFFA-nın yola getmədiyini eşitmişəm” – Ramin Musayev
“Neftçi” məktub göndərdi, “Xankəndi” Şamaxıya köçdü
“Haqqımız haram olsun” - “Forza Neftçi” bəyanat yaydı
"Kimsə yaxşı oynasa, dərhal minifutboldan daha yaxşı maaşla iş təklifi alır" - Ağatahir Əzimov
“Şuşa” məşqlərə başladı – maliyyə problemi aradan qalxıb?
1 xal “Neftçi”yə sərf etdi, yoxsa “Zirə”yə?
Son xəbərlər
  • Bu gün, 00:00
    “Kosovo ilə oyunda topun “çərçivə”yə getmədiyinə əmin idim” – Kərəm Aktürkoğlu
  • Dünən, 23:45
    Çempionlar Liqasında hamını arxada qoydu
  • Dünən, 22:55
    Ferstappen mövsümün sonuna qədər “Red Bull”dan getməyəcək
  • Dünən, 22:26
    Cokoviç Olimpiadadan sonra karyerasını bitirmək istəyir
  • Dünən, 21:55
    Maradonanın ölümünə görə yeni proses başladı
  • Dünən, 21:34
    “Mən də PFL ilə AFFA-nın yola getmədiyini eşitmişəm” – Ramin Musayev
  • Dünən, 21:03
    Fanatlar fotoqraflara xəsarət yetirdilər
  • Dünən, 20:32
    Gözlənilən ayrılıq rəsmən açıqlandı
  • Dünən, 20:01
    Rəhim Həsənov Elçin Məsiyevlə İnqilab Məmmədovun səhvlərini açıqladı - VİDEO
  • Dünən, 19:40
    “Neftçi”yə qarşı məqsədyönlü, qərəzli hakim ədalətsizliyinə son qoyulmasını tələb edirik" - BƏYANAT
  • Dünən, 19:09
    42 yaşında “daha bəsdi” dedi
  • Dünən, 18:38
    Avtoqəzada həlak oldu...
  • Dünən, 18:07
    “Neftçi” məktub göndərdi, “Xankəndi” Şamaxıya köçdü
  • Dünən, 17:52
    “Haqqımız haram olsun” - “Forza Neftçi” bəyanat yaydı
  • Dünən, 17:31
    “Palmeyras”ın qələbə seriyası San Paulu derbisində qırıldı - İCMAL
  • Dünən, 17:10
    ''Zenit'' liderliyi ''Krasnodar''dan ala bilmədi - İCMAL
  • Dünən, 16:59
    “İnter” “Komo”nu “ÇL zonası”ndan çıxardı - İCMAL
  • Dünən, 16:28
    “Monako” darmadağın oldu və 7-ci pilləyə düşdü - İCMAL
  • Dünən, 15:57
    Dörd komanda növbəti mərhələyə vəsiqəni təmin edib
  • Dünən, 15:36
    Lebron: 12 min məhsuldar ötürmə!
  • Dünən, 15:15
    Prezident kuboku “Kolorado”ya veriləcək
  • Dünən, 14:54
    "Kimsə yaxşı oynasa, dərhal minifutboldan daha yaxşı maaşla iş təklifi alır" - Ağatahir Əzimov
  • Dünən, 14:33
    “Şuşa” məşqlərə başladı – maliyyə problemi aradan qalxıb?
  • Dünən, 14:12
    1 xal “Neftçi”yə sərf etdi, yoxsa “Zirə”yə?
  • Dünən, 13:51
    Qax Lənkəran nağılını bitirdi
  • Dünən, 13:30
    Millimizin heyəti açıqlandı
  • Dünən, 13:09
    "Zirə"nin 100-cü "sülh"ü
  • Dünən, 12:58
    Komandasının növbəti oyununu buraxacaq
  • Dünən, 12:37
    "Turan Tovuz"da iki yubiley
  • Dünən, 12:16
    İngiltərədə yerini dəyişə bilər
  • Dünən, 11:55
    Beş güləşçimiz mübarizəyə başlayır - AÇ
  • Dünən, 11:34
    Premyer-liqada son 10 mövsümün azarkeş rekordu
  • Dünən, 11:13
    Konte Neapolu tərk edəcək?
  • Dünən, 10:52
    Tbilisidə Azərbaycan cüdosunun arxasını yerə vurdular! – 15 idmançı, 0 qızıl...
  • Dünən, 10:31
    Klubu ilə müqaviləsini yenilədi
Daha çox
Oxunub: 531
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 263
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 261
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 238
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 182
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Oxunub: 178
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə