Mahir Emreli fırtına kimi döndü - VİDEO

30.07.2022 11:15 449
Aktual
Dünən Xorvatiya çempionatında 3-cü tur start götürüb.

Football-plus.az xəbər verir ki, “İstra 1961”i qəbul edən “Dinamo” darmadağına sevinib – 4:1. Bu qələbə ilə xalını 9-a çatdıran zaqreblilər vahid liderdi.

Bizim üçün sevindirici məqam isə “Dinamo”nun liderliyindən daha çox Mahir Emrelinin yaşıl meydana dönüşüdü. Uzun fasilədən sonra forma şansı qazanan həmvətənimiz 81-ci dəqiqədə Drmiçi əvəz edib. Cəmi 7 dəqiqə sonra isə oyunun yekun hesabını müəyyənləşdirən qolu vurub.