Mahir meydana çıxdı, "Dinamo" rəqibini darmadağın etdi!

16.09.2023 22:13 2 692
Dünya futbolu
Millimizin üzvü Mahir Emrelinin də formasını geyindiyi Zaqreb "Dinamo"su Xorvatiya çempionatında növbəti oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, komanda 6-cı turda "Slaven"lə qarşılaşıb. Matç "Dinamo"nun 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Mahir də bu oyunda iştirak edib. Hücumçu 46-cı dəqiqədə Dario Şkipiçin əvəzinə meydana çıxıb.

Qeyd edək ki, "Dinamo" hazırda turnir cədvəlində 13 xalla 2-ci, "Slaven" isə 6 xalla 9-cudur.

"Dinamo" (Zaqreb) - "Slaven" - 3:0
Vidoviç 25, Petkoviç 50, Stefulj, 66-öz qapısına.