Mahir oynadı, "Dinamo" qələbə qazandı

28.08.2023 10:00 324
Dünya futbolu
Millimizin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo" Xorvatiya çempionatında növbəti oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, Zaqreb təmsilçisi 6-cı turda "Riyeka"nı qəbul edib. Görüş "Dinamo"nun qələbəsi ilə başa çatıb - 2:1.

Mahir bu görüşün iştirakçısı olub. 61-ci dəqiqədə - komandası 1:0 öndə olarkən meydana daxil olan forvard sona qədər oynayıb.

Bu qələbədən sonra "Dinamo" 7 xalla 4-cü sıradadı.

"Dinamo" (Zaqreb) - "Riyeka" - 2:1
Bulat, 37 (1:0), Petkoviç, 84-pen. (2:0), Pasaliç, 89 (2:1)