"Dinamo" Mahir Emrelinin oynadığı matçda uduzdu

16.08.2023 10:31 4 752
Çempionlar Liqası
Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin oyunları davam edir.

"Football-plus.az" xəbər verir ki, millimizin hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Dinamo" doğma meydanda Yunanıstanın AEK klubunu qəbul edib. Qarşılaşma Zaqreb təmsilçisinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Mahir Emreli də bu matçın iştirakçısı olub. 26 yaşlı forvard 46-cı dəqiqədə Dario Şpikiçin əvəzinə meydana daxil olub.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü 19 avqust tarixində Afinada baş tutacaq.