Nəhayət, Manuel Noyerin “Bavariya”dakı aqibəti müəyyənləşib.
“Football-plus.az” xəbər verir ki, Almaniya klubunun rəhbərliyi həm onunla, həm də Sven Ulrayxla müqaviləni yeniləyib.
Klubun mətbuat xidmətinin məlumatında hər iki qapıçının yeni sözləşməsinin müddətinin 2025-ci ilin yayına qədər nəzərdə tutulduğu bildirilib. Komandanın kapitanı olan 37 yaşlı Noyer ağır zədədən sonra rəsmi oyunlarda çıxışını yaxında bərpa edib. O, bu mövsüm “Bavariya”nın heyətində bütün turnirlərdə 6 matçda iştirak edib və 5 top buraxıb. 35 yaşlı Ulrayx isə cari mövsümdə 12 oyuna çıxıb və topu 15 dəfə tordan çıxarıb.