Manuel Noyerin rəsmi oyunda meydana çıxacağı tarix müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, təcrübəli futbolçu uzun müddət müalicə olunduğu zədəsini sağaldıb. Manuel artıq bir neçə gündü “Bavariya”nın ümumi qrupu ilə birgə məşq edir. 37 yaşlı qapıçının oktyabrın 21-də meydana çıxmaq şansı yüksəkdi. “Bavariya” həmin gün Almaniya çempionatında “Maynts-05” ilə qarşılaşacaq.
Xatırladaq ki, Noyer ötən ilin dekabrında istirahətdə olarkən ayağı sınmışdı. Dünya çempionu bu səbəbdən 10 aydan çox müddətdə rəsmi oyunlarda görünməyib.