“Bavariya”da yeni müqavilə

12.11.2022 23:13 343
Dünya futbolu
“Bavariya” Sven Ulrayxla müqaviləni yeniləyib.

"Football-plus.az" xəbər verir ki, Almaniya klubunun rəsmi saytının məlumatında 34 yaşlı qapıçı ilə müddəti 2024-cü ilin yayınadək nəzərdə tutulan yeni sözləşmə imzalandığı bildirilib. Təcrübəli futbolçunun əvvəlki müqaviləsinin vaxtı 2023-cü ilin yayınadək idi.

Qeyd edək ki, Sven bu mövsüm bütün turnirlərdə 8 matç keçirib və bu oyunlardan 5-də top buraxmayıb.