• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Səbail” Ağabalanı müalicə edir, Samiri cəzalandıracaq

Premyer-liqa / Manşet

27-11-2023, 19:0

Misli premyer-liqasında yeni mövsümə uğurlu başlayan komandalardan biri də “Səbail”di.

Bayıl təmsilçisi 13 tur sonra 21 xalla turnir cədvəlinin 4-cü sırasında qərarlaşıb. Mövcud duruma əsasən, Şahin Diniyevin yeni formalaşdırdığı kollektivdə qüsur tapmaq çətindi. Ciddi çatışmazlığın olduğunu iddia edə bilmərik. Çoxu komandanın hansısa aparıcı futbolçusunu itirmədikcə büdrəməyəcəyini deyirdi ki, bədbəxt hadisə yaşandı. Kapitan Ağabala Ramazanov 12-ci turda “Turan Tovuz”la ev matçında (2:1) zədələndi. Daha dəqiq desək, hücumçu rəqibin müdafiəçisi Faiq Hacıyevlə mübarizədən sonra yerə yıxıldı. Başverənlərdən dərhal sonra xəstəxanaya çatdırılan oyunçu haqda gündəmdə olan iddialar var. Bunlardan biri də onun 2023-cü ildə bir daha meydana çıxmayacağıdı. Görəsən, həqiqətən belədi? Ümumiyyətlə, Ağabalanın vəziyyəti necədi?

Kapitanın son durumuyla bağlı doğru bilgi almaq üçün baş məşqçi Şahin Diniyevlə danışdıq: “Futbolçu xəstəxanadan çıxarılıb. Hazırda Bakıda yerləşən sanatoriyalardan birində müalicə alır. Ciddi həkim nəzarəti altındadı. Bir müddət keçəndən sonra meydanlara nə vaxt dönəcəyi haqda dəqiq danışmaq olur. Bilindiyi kimi, Ağabalaya kəllə-beyin zədəsi diaqnozu qoyulmuşdu. Şükür Allaha, huşu və nitqi yerindədi, özünü yaxşı hiss edir. Hazırda sağlamlığının bərpa edilməsi daha vacibdi. Nə biz, nə də onu istəyən yaxınları futbolçu karyerası haqda düşünür. İstəyimiz tezliklə müalicəsinin sona çatması və əvvəlki səhhətinə qovuşmasıdı”.

“Dənizçilər”lə bağlı gündəmi zəbt edən ikinci mövzu Samir Abdullayevin U-21 millimizin baş məşqçisi Samir Əliyevə qarşı hörmətsizlik etməsidi. Xatırladaq ki, mütəxəssis AÇ-2025-in seçmə mərhələsində Ukraynaya qarşı matçın (0:1) 63-cü dəqiqəsində yarımmüdafiəçini Murad Vəliyevlə əvəzlədi. Meydandan çıxan vinger əvvəlcə qoluna bağladığı sarğını açaraq yerə çırpdı və baş məşqçinin əlini sıxmadı. Hətta ona təsəlli vermək istəyən çalışdırıcını itələdi. Şahin Diniyevin bu haqda düşüncələrini də öyrəndik: “Samirin hərəkətini qınayıram. Qəbuledilməzdi. Onunla razıyam ki, futbol emosiya oyunudu. Bəzi məqamlarda səbrsiz davranışlar sərgiləmək qaçılmaz olur. Buna baxmayaraq, daha diqqətli olmaq lazımdı. Əslində hansısa aqressivliyiylə seçilən, emosiyalarını cilovlamağı bacarmayan biri bunu etsə, başadüşülən olardı. Lakin Samiri belə tanımamışam. Ondan heç gözləmirdim ki, baş məşqçisinə hörmətsizlik etsin. Üstəlik Samir Əliyev ölkəmizin təcrübəli, savadlı, sözünü demiş mütəxəssislərindi. Belə hərəkətlərə layiq deyil. Futbolçu klubumuz tərəfindən cəzalandırılacaq”.

Bayıl təmsilçisiylə bağlı sonuncu məsələ isə ev oyunlarının keçirildiyi stadiondu. “Səbail”in bu gün “Kəpəz”lə qarşılaşacağını bilirsiz. PFL bir neçə gün öncə matçın əvvəlcədən deyildiyi kimi saat 18.30-da yox, 14.00-da keçiriləcəyini bildirdi. Yerli mətbuatın tirajladığı xəbərə görə, buna AFFA ilə klub arasında yaranan narazılıq səbəb olub. İddialara inansaq, “ASCO Arena”nın işıqlandırma sisteminin bir hissəsi sıradan çıxıb. Bu, ilk dəfə özünü ötən həftə göstərib. Burda keçirilən turnirin gedişində işıqlar qəfil sönüb və azyaşlılardan ibarət komandalar soyuq havada 30 dəqiqə gözləməli olub. AFFA isə balansındakı stadionun problemini aradan qaldırmaqdan imtina edib. Deyilənə görə, bunun üçün təxminən 50 min manat lazımdı. Federasiya xərcin klub tərəfindən qarşılanmasını istəyib. ”Səbail” mənsubları isə əsas sponsoru - Xəzər Dəniz Gəmiçiliyinin rəhbərliyi ilə məsləhətləşmədən sonra təmirə vəsait ayırmağı öz üzərinə götürməyib. Nəticədə klub AFFA-ya büdcədə məbləğin az olduğunu bildirib. Odu ki, problemin həlli zamanın öhdəsinə qalıb. Xəbərdə tərəflərdən birinin məsuliyyəti öz üzərinə götürmədiyi təqdirdə 2024-cü ilin aprelinədək stadionda axşam saatlarında oyun keçirilməyəcəyi bildirilir. Bu iddiaların səhihliyini öyrənmək məqsədilə “Səbail”in mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədovla danışdıq: “Son üç gün içində baş verən hadisədi. "ASK Arena"nı işıqlandıran transformatorda nasazlıq yaranıb. Bunu bir-iki günə həll etmək olmaz. Qarşıdakı bir neçə həftə ərzində bu problem həllini tapacaq. Klubla AFFA arasında heç bir problem yoxdu. Texniki nasazlığın aradan qaldırılması istiqamətində federasiya tərəfindən müvafiq addımlar atılır. Ümumiyyətlə, qurum təmir prosesi və hər hansı mailiyyə mövzusuyla bağlı bizə müraciət etməyib. Klubumuz AFFA-dan xəbər verildiyi halda istənilən köməyi göstərməyə hazırdı”.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

12-11-2023, 22:0

“Ağabalanın tezliklə evə buraxılacağı gözlənilir”

Premyer-liqa / Manşet

8-11-2023, 10:0

Ölümdən dönən futbolçunun durumunda vacib dəyişiklik

Ölkə futbolu / Manşet

1-05-2023, 13:0

“Dənizçilər”in limana sağ çıxacağına ümid azdı - TƏHLİL

Ölkə futbolu

9-08-2022, 22:0

Ağabala Ramazanov Gürcüstanda zədələnib

Aktual / Ölkə futbolu

7-11-2023, 13:0

“Səbail”in zədəlilərinin durumu bəlli oldu

1-ci liqa

7-02-2023, 16:0

Şahin Diniyevin istəmədiyi azərbaycanlı futbolçu hardadı? - AÇIQLAMA

Aktual
"Xeyrimizə və zərərimizə olan səhvləri saysaq, uçurum olar" - Rəşad Sadıqov
“Birinci oyundakı hakim səhvlərini nəzərə alsaq, bu qarşılaşma prinsipial olacaq” – Şahin Diniyev
“Hamı İnqilab Məmmədovu söyür. İnqilabın günahı nədi, anlamıram” – daha bir maraqlı yanaşma
İntizam Komitəsi “Kəpəz”i niyə bağışladı?
“Nə gizlədim, hədəfimiz həmişə 1-ci liqaya çıxmaq olub” - “Dinamo”nun prezidenti gələcək hədəflərdən danışdı
“Mən də PFL ilə AFFA-nın yola getmədiyini eşitmişəm” – Ramin Musayev
Son xəbərlər
  • Bu gün, 23:04
    AFFA ilə “Neftçi” arasındakı soyuq müharibə alovlandı! – klubun tələbləri niyə qarşılanmadı?
  • Bu gün, 22:42
    Avtoqraf vermədi, fanatla dalaşdı
  • Bu gün, 22:05
    "Xeyrimizə və zərərimizə olan səhvləri saysaq, uçurum olar" - Rəşad Sadıqov
  • Bu gün, 21:58
    “Həmin qərarların futbolçulara psixoloji təsiri var idi, danmıram” – Yunis Hüseynov
  • Bu gün, 21:20
    Mövsümün ilk uğursuzu oldular
  • Bu gün, 20:59
    "Zirə" finala yüksəldi - YENİLƏNİB
  • Bu gün, 20:38
    “Atletiko”nun oyunçusu nə vaxt qayıdacaq?
  • Bu gün, 20:07
    Fransa klubunda ağır itki
  • Bu gün, 19:31
    İraolanın xələfinin kimliyi müəyyənləşdi
  • Bu gün, 19:00
    Messi fırıldaqçıdı?
  • Bu gün, 18:51
    “Zirə” - “Turan Tovuz”: START HEYƏTLƏRİ
  • Bu gün, 18:30
    Yayda “Çelsi”ni tərk edəcək
  • Bu gün, 18:06
    “Birinci oyundakı hakim səhvlərini nəzərə alsaq, bu qarşılaşma prinsipial olacaq” – Şahin Diniyev
  • Bu gün, 17:35
    De Laurentisdən yeni qeyri-adi təkliflər
  • Bu gün, 17:04
    Təyyarədə uçursan, pulunu ver də!
  • Bu gün, 16:33
    “Hamı İnqilab Məmmədovu söyür. İnqilabın günahı nədi, anlamıram” – daha bir maraqlı yanaşma
  • Bu gün, 16:02
    Döyüşçülər milyon dollar bonus alacaq
  • Bu gün, 15:31
    Millimizin heyətindən çıxarıldı
  • Bu gün, 15:08
    İntizam Komitəsi “Kəpəz”i niyə bağışladı?
  • Bu gün, 14:47
    Sinner axır ki zirvəni ələ keçirdi
  • Bu gün, 14:27
    Koronavirusun Cavohirə xeyri dəyib
  • Bu gün, 14:06
    Oveçkin gedir, yoxsa qalır?
  • Bu gün, 13:49
    PSJ-də bonus sistemi yeniləndi
  • Bu gün, 13:28
    Mövsümü xilas etməyin yeganə yolu... – bütün hakimlər "həbs olunmalıdı"!
  • Bu gün, 13:07
    70-ci dəfə həftənin ən yaxşısı sayıldı
  • Bu gün, 12:56
    AFFA-dan "Neftçi"yə cəza yağdı - 26 min 200 manat!
  • Bu gün, 12:25
    “DH Volley” yüksək liqada gümüş medal qazandı - VİDEO
  • Bu gün, 11:54
    Boksçumuz qələbə qazandı - Dünya Kuboku
  • Bu gün, 11:23
    “Nə gizlədim, hədəfimiz həmişə 1-ci liqaya çıxmaq olub” - “Dinamo”nun prezidenti gələcək hədəflərdən danışdı
  • Bu gün, 10:52
    Premyer-liqada yerli bombardir qıtlığı: penalti olmasa, Eminlə Toral da olmazdı!
  • Bu gün, 10:31
    “Çempionşip, biz gəlirik!” - De Zerbi də “Tottenhem”ə qələbə qazandıra bilmədi
  • Bu gün, 10:00
    Daha beş güləşçimiz mübarizəyə başlayır - AÇ
  • Bu gün, 00:00
    “Kosovo ilə oyunda topun “çərçivə”yə getmədiyinə əmin idim” – Kərəm Aktürkoğlu
  • Dünən, 23:45
    Çempionlar Liqasında hamını arxada qoydu
  • Dünən, 22:55
    Ferstappen mövsümün sonuna qədər “Red Bull”dan getməyəcək
Daha çox
Oxunub: 567
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 269
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 264
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 241
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 185
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
Oxunub: 183
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə