"İmişli" yubiley qələbəsini qazandı

27.10.2026 10:00 18
Ölkə futbolu
Misli premyer-liqasının 9-cu turunda “Şamaxı” ilə qarşılaşan “İmişli” yubiley qələbəsini qazanıb.

"Football-plus.az" xəbər verir ki, premyer-liqada 2-ci mövsümünü keçirən komanda 10-cu dəfə qalib gəlib – 2:1.

İmişlinin eyniadlı təmsilçisi 42-ci matçda 10-cu qələbəni bayram edib. Bunlardan 2-si ev, 8-i səfər oyununda əldə olunub.

“İmişli” turnirin tarixinə ən azı 10 qələbə qazanan 52-ci komanda kimi düşüb. Komandanın ilk uğuru 2025-ci il avqustun 31-də “Sabah”la səfər matçında əldə olunub – 1:0.