Şahin Diniyevin istəmədiyi azərbaycanlı futbolçu hardadı? - AÇIQLAMA

7.02.2023 16:10 477
I liqa
Şahin Diniyevin “Səbail”ə baş məşqçi təyinatından sonra Tural Bayramlı heyətdən uzaqlaşdırıldı.

Futbolçu neçə vaxtdı klubun əvəzedicilərdən ibarət komandasında məşq edir. Görəsən, onu 1-ci divizionun oyunlarında meydanda görəcəyik? "Football-plus.az" saytı olaraq bu suala cavab tapmaq üçün "Səbail-2"nin baş məşqçisi Asif Miriliyə müraciət etdik:

"Tural Bayramlı çoxdandı bizimlə birgə məşq edir. Nizam-intizamı qaydasındadı, verdiyim tapşırıqları həvəslə yerinə yetirir. Hazırlığı da yaxşıdı. Onun təcrübəsindən istifadə etməyi düşünürəm. Odu ki, çempionatın 2-ci dövrəsində Turala oynamaq şansı verəcəm".

ABDULLA İSMAYILOĞLU