• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Soyuq Şamaxı havası, 3 penalti və 6 qol

1-ci liqa

26-11-2023, 22:0

“Şamaxı” premyer-liqanı tərk edəndən sonra oyununu stadiondan canlı izləməmişdim.

Düzdü, 1-ci liqadakı komanda ilə ötən mövsümdəki arasında çox fərq var. Yenə də Vüqar Əsgərlinin rəhbərlik etdiyi kollektivi izləmək üçün Şamaxıya yollandım.

“Şirlər” 1-ci liqada çıxış etsə də, oyuna maraq yetərincə böyük idi. Həm yerli, həm də qonaq komandanın azarkeşləri stadiona səfər etmişdi. Oyunu izləyənlər arasında Vəli Qasımov və Ramiz Məmmədov kimi məşhur simalar da var idi.

Görüş qonaqların sürətli hücumları ilə başladı. Kənan Kərimovun rəhbərlik etdiyi komanda 11-ci dəqiqədə hesabı açdı. Künc zərbəsindən ötürülən topu Ruslan Süleymanov tamamladı. Bu qol meydan sahiblərini şoka saldı. Düzdü, “şirlər” topa nəzarət edən tərəf idi. Lakin “Karvan”ın hücumları daha kəsərli alınırdı. 24-cü dəqiqədə qonaqlar ikinci qolu vurdu. Kinqsin fəallığı sayəsində “Karvan” penalti vurmaq şansı əldə etdi. Afrikalı Süleyman Damadayevi keçmək istəyən zaman müdafiəçi əllə topa müdaxilə etdi. 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Əli Abdullayev hesabı 2:0 etdi.
Qoldan sonra “Şamaxı” toparlanmağa başladı. Vüqar Əsgərlinin komandası hücuma atılaraq fərqiazaltmağa cəhd edirdi. Şamaxılılar istəyinə ilk hissəyə əlavə olunmuş dəqiqələrdə çatdı. Cərimə meydanı daxilində Qurban Səfərova qarşı edilən kobudluğu Nicat İsmayıllı penalti kimi dəyərləndirdi. Zərbəni dəqiq yerinə yetirən Emin Zamanov hesab arasında fərqi azaltdı.

Fasilədən sonra meydan sahibləri daha istəkli oyun sərgiləməyə başladı. Onlar 2-ci hissəyə fırtına kimi başladı. 47-ci dəqiqədə 1-ci liqanın bombardiri Elşad Tağıyev hesabı bərabərləşdirdi. Azarkeşlər artıq komandalarının geridönüş etdiyini düşünməyə başlamışdı. Çünki Vüqar Əsgərlinin rəhbərlik etdiyi kollektiv rəqibi təzyiq altında saxlayırdı. Lakin qonaqlar etibarlı müdafiə olunmaqla əks-hücumlara bel bağlayırdı. Kənan Kərimovun taktikası işə yaradı. Matçın 72-ci dəqiqəsində Əkpər Vəliyev Ruslan Voronsova qarşı kobud oynadı. Yenə Nicat İsmayıllı “nöqtə”ni göstərdi. Əli Abdullayev bu penaltini də dəqiq yerinə yetirməklə komandasını önə keçirdi. Məğlubiyyətlə barışmaq istəməyən “şirlər” önə atıldılar. Lakin yenə bu cəhdlər işə yaramadı. “Karvan” isə “Şamaxı”nın qapısına yaxınlaşanda qol vururdu. 84-cü dəqiqədə Ruslan Voronsov gözəl reyd edərək hesabı 4:2 etdi. Bununla da qarşılaşmada başqa qol vurulmadı. Soyuq hava şəraitində keçən, 3 penaltinin verildiyi, 6 qolun vurulduğu qarşılaşmada “Karvan” qələbə qazandı.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Reportaj

6-03-2023, 14:0

Səhv, avtoqol, penalti və “sülh”... - REPORTAJ

Premyer-liqa / Reportaj

17-05-2023, 13:0

“Neftçi” aursayderin də öhdəsindən gələ bilmədi - REPORTAJ

1-ci liqa / Reportaj

14-09-2023, 14:0

Dava-dalaş, 5 qol, 3 qırmızı vərəqə... - REPORTAJ

Premyer-liqa / Manşet

7-02-2023, 19:0

“Şamaxı” – “Turan Tovuz” matçında nələr yaşandı? - REPORTAJ

1-ci liqa

28-10-2023, 11:0

MOİK liderliyini qorudu, “Şamaxı” “İrəvan”ı məğlub etdi - TURUN ŞƏRHİ

Premyer-liqa / Reportaj

9-05-2023, 17:0

“Qarabağ” kubokun finalçısını darmadağın etdi - REPORTAJ

Aktual
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Son xəbərlər
  • Bu gün, 10:49
    Özbək futbolçu ilə müqavilə yeniləndi
  • Bu gün, 10:18
    "Turan Tovuz" Türkiyə klubuna qarşı
  • Bu gün, 10:00
    Baş məşqçi vəzifəsində 4 ay işlədi
  • Dünən, 23:51
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • Dünən, 23:14
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 22:44
    FİFA-nın reytinq siyahısında lider oldu
  • Dünən, 22:13
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • Dünən, 21:44
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:13
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 20:42
    "Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
  • Dünən, 20:11
    "Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 19:40
    Toral "Şaxtyor"a qarşı oyunun start heyətində
  • Dünən, 19:08
    DÇ-2026-nın arzuolunmaz rəmzi yığmasına kimlər düşdülər?
  • Dünən, 18:37
    Təxminən 4 ay “istirahət edəcək”
  • Dünən, 18:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 17:35
    "Çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq" - Zaur Həşimov
  • Dünən, 17:03
    Salibanı kim əvəz edəcək?
  • Dünən, 16:32
    Mahir start heyətində!
  • Dünən, 16:00
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
  • Dünən, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Dünən, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Dünən, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
  • Dünən, 13:19
    "Şamaxı" Qətər klubu ilə üz-üzə
  • Dünən, 12:58
    Klubuna daha bir il gərək oldu
  • Dünən, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Dünən, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 11:33
    Qarsiyaya xələf olacaq
  • Dünən, 11:00
    Dünya çempionu əməliyyat olunacaq
  • Dünən, 10:30
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 10:00
    Göz yaşlarını saxlaya bilmədi
  • Dünən, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Dünən, 00:20
    İtaliya klubunda yeni müqavilə
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 143
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 106
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 101
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 89
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə