• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Dava-dalaş, 5 qol, 3 qırmızı vərəqə... - REPORTAJ

1-ci liqa / Reportaj

14-09-2023, 14:0

Dünən 1-ci liqada yeni mövsüm start götürdü. İlk oyunda Yevlaxda yerli komanda “Karvan” “Mingəçevir”i qəbul edirdi. Oyuna marağını nəzərə alaraq, bəndəniz də Yevlaxa yollandı.

Rayonun stadiona yaxın ərazilərində oyuna maraq hiss olunurdu. Lakin Azərbaycan futbolunun ənənəvi qaydası olan müəllimlərin, dövlət işçilərinin görüşə gətirilməsinə şahidlik etdik. Hakimin start fitinə 20 dəqiqə qalmış arenaya çatdıq. Maraq məqam budu ki, oyuna PFL-in mətbuat xidmətindən və “Futbol+” qəzetindən başqa heç kim maraq göstərməmişdi. Ölkədəki peşəkar liqaları təşkil edən qurum görüşə çox əla hazırlaşmışdı. PFL-ə məxsus “1-ci liqa/ 2-ci liqa” adlı “yutub” kanalında canlı yayınlanan oyunun tanınmış telejurnalist Ceyhun Rzayev stadiondan canlı şərh edirdi.

Oyunu izləyənlər arasında Yevlax rayon icra başçısının müavinləri, YAP-ın Yevlax şəhər aparatının rəhbəri, şəhər ictimaiyyətinin nümayəndələri də var idi. PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, texniki-idman direktoru Elgiz Abbasov da stadiona təşrif buyurmuşdu.
Düz saat 16.30-da hakim Rövşən Rəcəbovun start fiti səsləndi. İlk dəqiqələrdən meydan sahibləri daha üstün oyun sərgilədi. Bəzi məqamda “şəhərlilər” əks-hücumlarda rəqibi tutmağa çalışırdı. Lakin “Karvan”ın müdafiəsi etibarlı oynadı. Ara-sıra futbolçular arasında xırda problemlər yaransa da, referi vəziyyətə nəzarət edə bilirdi. Qarşılaşmada maraqlı məqamlar isə 45-ci dəqiqədə yaşandı. Referi “Mingəçevir”in qapısına penalti təyin etdi. Zərbəni dəqiq yerinə yetirən Akif Tağıyev hesabı açdı. Bununla da komandalar fasiləyə yollandı.

İkinci hissəyə “ağ-qaralar” istəkli başladı. Yevlaxlıların heyətində Peter Kinqslə Anqenor Qnapi qonaqların müdafiəsinə problem yaradırdı. Kənan Kərimovun komandası iki dəqiqəyə 2 qol vurmaqla hesabı 3:0 etdi. Bir-birinin ardınca İzzət Müştaqovla Elvin İsmayılov fərqləndi. Qoldan sonra meydanda dava düşdü. Meydan sahiblərinin kapitanı Müşfiq Teymurov qonaq azarkeşlərə ədəbsiz jest etdi. Mingəçevirli futbolçular buna dözməyərək onun üzərinə şığıdılar. Oyunun təxminən 7-8 dəqiqəsi dava-dalaşla keçdi. Yekunda Rövşən Rəcəbov “Karvan”dan Muşfiq Teymurovu, “Mingəçevir”dən isə Elçin Qasımovla Elvin Əlizadəni qırmızı vərəqə ilə cəzalandırdı.

Ehtiraslar sakitləşəndən sonra qonaqlar hücuma atıldı. Bunun nəticəsində Samir Məmmədovun yetirmələri hesab arasında fərqi azaltdı. 71-ci dəqiqədə Elnur Mirzəyev “şəhərlilər”in mövsümdə ilk qolunu vurdu. Lakin qonaqların gücü bura qədər imiş. 9 nəfərlə mübarizə aparmaq komandaya əlavə əziyyət verirdi. Yevlaxlılar isə qoldan doymurdu. 88-ci dəqiqədə Peter Kinqs yekun hesabı müəyyənləşdirdi. Oyun başa çatandan sonra hər iki komandaların üzvləri bir-biri ilə görüşərək xoşluqla ayrıldı. Hətta hər iki kollektiv öz azarkeşlərinə minnətdarlıq bildirmək üçün alqışladılar.

Bununla da 1-ci liqada yeni mövsümə start verildi. Dava-dalaş olsa da, stadionun ot örtüyü yağış səbəbindən pis günə qalsa da, ümumilikdə maraqlı oyun izlədik. Ümid edirik ki, digər oyunlar da belə gərgin və baxımlı keçər.

İLKİN SULTANLI, Yevlax

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

13-07-2023, 11:0

Elxan Səmədov bölgələrdə stadionların durumu ilə tanış oldu

Aktual / 1-ci liqa

11-09-2023, 14:0

İcra başçısı əzəmətli “Karvan”ı yenidən dirçəltmək istəyir

Aktual / 1-ci liqa

15-07-2023, 16:0

Nə Ağsu 100 faiz hazırdı, nə də Yevlax

1-ci liqa

11-09-2023, 17:0

1-ci liqa: 1-ci turun təyinatları

Ölkə futbolu / Manşet

1-07-2023, 23:0

Ad gününü qolla qeyd edən rusiyalı, izləyicilərin diqqətini çəkən Saldanya - MƏQAMLAR

Aktual
Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
"Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
“Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
“Heç “Karvan-Yevlax”la oyunda da da belə etməmişəm” - Puxaç
Son xəbərlər
  • Dünən, 23:53
    "Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov
  • Dünən, 23:23
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • Dünən, 22:51
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:12
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • Dünən, 22:09
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • Dünən, 21:45
    "Xankəndi"də məşqçi təyinatı
  • Dünən, 20:59
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 20:33
    Millimizin heyəti açqlandı
  • Dünən, 19:44
    "Payde" - "Zirə": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    "Qarabağ" - ÇSKA: START HEYƏTLƏRİ
  • Dünən, 18:30
    ''Qalatasaray'' İkardiyə vida oyunu təklif etsə də...
  • Dünən, 17:58
    23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
  • Dünən, 16:56
    Florensiyanı tərk etdi
  • Dünən, 16:25
    Millimizin heyəti açıqlandı - AÇ
  • Dünən, 15:49
    Niderlandda qərar tutdu
  • Dünən, 15:08
    Qvineya millisinin üzvü "Araz-Naxçıvan"da
  • Dünən, 14:40
    "Şəfa"da niderlandlı futbolçu
  • Dünən, 14:19
    “İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
  • Dünən, 13:57
    Salahın meneceri transferi yubadır
  • Dünən, 13:27
    “Qalatasaray” hələ ki almaq yox, vidalaşmaq ilə məşğuldu
  • Dünən, 12:56
    “Trabzonspor” 26 milyon avroluq satış həyata keçirdi
  • Dünən, 12:25
    Avropada 10-cu qol
  • Dünən, 11:54
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 11:23
    “Belədə bundesliqa və ya la liqa klubları onu heyətində görmək istəyər” – Mahiri “Rakuv”da nə gözləyir?
  • Dünən, 10:52
    UEFA reytinqində mövqeyimiz dəyişmədi
  • Dünən, 10:31
    "Karvan-Yevlax"dan daha iki transfer
  • 22-07-2026, 23:0
    “Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
  • 22-07-2026, 23:0
    "Qarabağ"a qarşı uğurlu çıxış etmək istəyirik" - ÇSKA-nın baş məşqçisi
  • 22-07-2026, 22:0
    "Qalib olmağa gəlmişdik" - "Dinamo-Minsk"in baş məşqçisi
  • 22-07-2026, 22:0
    "Mənə elə komanda deyin ki, hər matçı qazansın" - Yuri Vernidub
  • 22-07-2026, 21:0
    Abubakar "Kəpəz"də
  • 22-07-2026, 21:0
    Fransadan Portuqaliyaya yollandı
  • 22-07-2026, 20:0
    "Çalışacağıq ki, rəqibin oyununu pozaq" - Rəşad Sadıqov
  • 22-07-2026, 19:0
    "Alınsa, iki transfer həyata keçirəcəyik" - Qurban Qurbanov
  • 22-07-2026, 19:0
    "Kəpəz"də ayrılıq
Daha çox
Oxunub: 191
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 138
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 136
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 131
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə