19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün ilk oyununu keçirib.
“Football-plus.az” xəbər verir ki, Lüksemburqda təşkil olunmuş turnirdə Bosniya və Herseqovina yığması ilə qarşılaşan millimiz heç-heçə edib – 0:0. Bu qrupda keçirilən digər oyunda meydan sahibi Lüksemburq Niderlanda uduzub – 0:2. U-19 seçmə mərhələdə növbəti oyununu noyabrın 18-də Niderlandın müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19.00-da başlayacaq.