17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununu keçirib.
"Football-plus.az" xəbər verir ki, millimiz Bosniya və Herseqovinada keçirən oyunda meydan sahibi komanda ilə qarşılaşıb. Oyun 2:0 hesabı ilə Bosniya və Herseqovina komandasının xeyrinə başa çatıb. Millimiz qrupda sonuncu oyununu martın 28-də Monteneqro komandasına qarşı keçirəcək.