19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin ikinci raundunda bu gün ilk oyununu keçirib.
Şimali İrlandiyada keçirilən qrup oyunlarında Farer adalarının müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 2:0 hesablı qələbə qazanıb. U-19-un qollarını 20-ci dəqiqədə Aysun Muradova və 41-ci dəqiqədə Pərvin Səfərəliyeva vurub. Komandamız növbəti oyununu aprelin 9-da Malta yığmasına qarşı keçirəcək.