Millimiz Maltaya qarşı - YENİLƏNİR

9.04.2022 12:51 584
Ölkə futbolu
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin ikinci raundunda bu gün növbəti oyununu keçirəcək.

Millimiz Şimali İrlandiyada, Bakı vaxtı ilə saat 17.00-da başlayacaq oyunda Maltanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Yığma ilk matçda Farer adalarını 2:0 hesabıyla məğlub edib.

Avropa çempionatı
Seçmə mərhələ, 2-ci raund

9 aprel

Azərbaycan – Malta
İnver Park. Larne. Saat 17.00
Hakimlər: Triinu Laos (Estoniya), Anni Koppel (Estoniya), Viktoriya Finlay (Şimali İrlandiya), Ben Mcmaster (Şimali İrlandiya)