Millimiz yenə məğlub oldu

27.10.2022 20:42 452
Yığma
17 yaşadək futbolçuardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.

Bosniya və Herseqovinanın Kakanj şəhərində təşkil olunan qrup mərhələ oyununda bu ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 0:1 hesabı ilə məğlub olub. Komandamız qrupda sonuncu oyununu oktyabrın 30-da Lixtenşteyn yığmasına qarşı keçirəcək.