Millimiz AÇ-nin seçmə mərhələsində ilk oyununda uduzdu

24.10.2022 18:23 415
Yığma
Azərbaycan U-17 millisi Avropa çempionatının seçmə mərhələsində bu gün ilk oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, millimiz Bosniya və Herseqovinanın Kakanj şəhərində təşkil olunan qrup mərhələ oyununda Ukraynanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Görüş 5:2 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb. Millimizin qollarını 77-ci dəqiqədə Hüseyn Hüseynov və 83-cü dəqiqədə penaltidən Murad Məmmədov vurub. Komandamız seçmə mərhələdə növbəti oyununu oktyabrın 27-də Lixtenşteyn yığmasına qarşı keçirəcək.

24 oktyabr

15.30. Azərbaycan – Ukrayna 2:5
Baş hakim: Miguel Nogueira (Portuqaliya)