Millimizin (U-17 Qızlar) seçmə mərhələdə son oyunu - Avropa çempionatı

28.03.2023 11:34 272
Yığma
17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün son oyununu keçirəcək.

"Football-plus.az" xəbər verir ki, millimiz Bakı vaxtı ilə saat 16.00-da Bosniya və Herseqovinada keçiriləcək oyunda Monteneqro komandası ilə qarşılaşacaq.

Oyunu Moldovadan olan hakim idarə edəcək:

Monteneqro – Azərbaycan
28 mart. Saat 16.00. Etno Selo Stanişiçi stadionu (Biyelina)
Baş hakim: Elena Gobjila (Moldova)
Baş hakimin köməkçiləri: Ana Ciobotaru (Moldova), Merima Tanoviç (Bosniya və Herseqovina)
Dördüncü hakim: Almasa Hodzic (Bosniya və Herseqovina)