Nevill yeni təyinat aldı

10.11.2023 15:35 210
Dünya futbolu
Fil Nevill yeni təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, İngiltərə millisinin sabiq müdafiəçisi “Portlend Timbers”in baş məşqçisi təyin edilib.

Məlumatı ABŞ klubunun saytı yayıb. 46 yaşlı mütəxəssis bundan əvvəl Kanada millisinin köməkçi məşqçisi olub. Nevill bu vəzifədə bu il bir neçə ay işləyib.

“Portlend Timbers” ötən mövsüm MLS-in Qərb Konfransında 10-cu yeri tutub və turnirin pley-off mərhələsinə vəsiqə qazana bilməyib.