İngiltərə klubunda yeni təyinat

17.06.2023 18:15 235
Dünya futbolu
“Lester”in yeni baş məşqçisi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu vəzifəyə Entso Mareska təyin edilib.

43 yaşlı italiyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb. Mareska bu təyinatadək “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanın köməkçisi olub.

Xatırladaq ki, “Lester” ötən mövsüm İngiltərə premyer-liqasında 18-ci yeri tutmaqla bu liqanı tərk edib. Komanda 2022/23 mövsümündə çempionşipdə mübarizə aparacaq.