“Marsel”ə təyinat aldı

24.06.2023 21:53 218
Dünya futbolu
“Marsel”in yeni baş məşqçisi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu vəzifəyə Marselino Qarsiya Toral təyin edilib.

Onunla 2 illik müqavilə imzalanıb. İspaniyalı mütəxəssis istefaya göndərilən İqor Tudoru əvəzləyib. Marselino ötən mövsüm “Atletik”i çalışdırıb.

Xatırladaq ki, “Marsel” 2022/23 mövsümündə Fransa çempionatını 3-cü yerdə başa vurub və Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.