“Reyncers”də baş məşqçi problemi yoluna qoyulub.
"Football-plus.az" xəbər verir ki, komandaya Filipp Kleman təyinat alıb.
Belçikalı mütəxəssis ilə bağlanan müqavilənin detalları açıqlanmayıb. Kleman bir neçə gün əvvəl istefaya göndərilən ingiltərəli Maykl Bilin yerini tutub. O, ötən mövsüm “Monako”nu çalışdırıb və bu komandanı avrokuboklara çıxara bilməyib. Kleman daha əvvəl ölkəsində “Brügge”, “Genk” və “Beveren”ə başçılıq edib.
Onun yeni komandası hazırda Şotlandiya premyer-liqasında 8 oyuna 15 xalla 2-ci yerdədi. “Reyncers”in lider olan əzəli rəqibi “Seltik”dən 7 xal geri qaldığını da bildirək.