Almaniya klubunda zəruri istefa

4.11.2023 16:21 190
Dünya futbolu
“Maynts-05”də gözlənilən hadisə baş verib: baş məşqçi Bo Svensson istefaya göndərdilib.

“Football-plus.az” xəbər verir ki, Almaniya klubunun saytının məlumatında komandanı 2021-ci ilin yanvarından çalışdıran Svenssonun uğursuz nəticələrə görə işindən azad edildiyi bildirilib. 44 yaşlı danimarkalının səlahiyyətləri Yan Zivertə həvalə olunub. O, bunadək “Maynts-05”in U23 komandasının baş məşqçisi olub. Qeyd edək ki, “Maynts-05” Almaniya bundesliqasında 9 turdan sonra 3 xalla sonuncu – 18-ci yeri tutur.