İspaniya klubunda istefa

21.03.2023 15:57 253
Dünya futbolu
“Elçe” rəhbərliyi baş məşqçi Pablo Maçini istefaya göndərib. İspaniya klubunun rəsmi saytının yaydığı xəbərə görə, buna komandanın uğursuz çıxışı səbəb olub.

"Football-plus.az" xəbər verir ki, La Liqanın son turunda “Real Sosyedad”a 0:2 hesablı məğlubiyyət 48 yaşlı mütəxəssisin baş məşqçi vəzifəsindəki sonuncu sınağı olub.

“Elçe” 26 turdan sonra 13 xalla turnir cədvəlinin sonuncu - 20-ci yeri tutur.

Maçin komandanı ötən il noyabrın 17-dən çalışdırırdı. İspaniyalı məşqçi bundan əvvəl ölkəsində “Sevilya”, “Espanyol” və “Alaves”in da baş məşqçisi olub.