"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Frayburq" Almaniya Bundesliqasında 8-ci tur oyununa çıxıb.
"Footbal-plus.az" xəbər verir ki, komanda "Maynts"ı qəbul edib və 2:1 hesabı ilə qalib gəlib.
"Frayburq" - "Maynts" - 2:1
Qollar: Qreqoriç, 3 (1:0), Kyereh, 37 (2:0), Martin, 52 (2:1)
Bu qələbə ilə xalını 17-yə yüksəldən "Frayburq" turnir cədvəlində "Bavariya"nı (15 xal) qabaqlayaraq 2-ci pilləyə yüksəlib. "Union" 17 xalla 1-ci, "Bavariya" 15 xalla 3-cüdü.
Qeyd edək ki, "Qarabağ" G qrupundakı ilk oyununu Almaniyada "Frayburq"a qarşı keçirib və 1:2 hesabı ilə uduzub. Bu komandalar arasında Bakıdakı matç noyabrın 3-də keçiriləcək.