İngiltərə klubunda istefa

7.11.2022 23:55 351
Dünya futbolu
“Sauthempton” rəhbərliyi Ralf Hazenhüttl ilə yolları ayırmaq qərarına gəlib.

Baş məşqçi uğursuz nəticələrə görə istefaya göndərilib. “Nyukasl” ilə son oyunda 1:4 hesabıyla uduzan komanda hazırda premyer-liqada 14 oyuna 12 xalla 18-ci yeri tutur.

55 yaşlı Hazenhüttl “Sauthempton”u 2018-ci ilin dekabrından çalışdırırdı. Onun səlahiyyətləri müvəqqəti Ruben Sallesə həvalə olunub.