Almaniya klubunda istefa

1.10.2023 11:51 209
Dünya futbolu
“Şalke-04” baş məşqçi Tomas Raysla yolları ayırıb.

“Football-plus.az” xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb. Almaniyalı mütəxəssis komandanın uğursuz çıxışına görə vəzifəsindən azad edilib.

Qeyd edək ki, bu mövsüm 2-ci bundesliqada çıxış edən “Şalke-04” ilk 7 oyuna cəmi 7 xal yığıb və 18 komanda arasında 16-cı yeri tutur.