Konfrans Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, bu nominasiyada Erik Junior Dina Ebimbe qalib gəlib. O, UEFA-nın saytında azarkeşlər arasında keçirilən sorğuda 1-ci yeri tutub.
“Ayntraxt”ın fransalı yarımmüdafiəçisi qrup mərhələsinin 3-cü turunun HİK ilə ev oyununda komandasının 6:0 hesablı qələbəsində 2 qol və 1 məhsuldar ötürmə ilə rol oynamışdı. Dina Ebimbe turun ən yaxşı oyunçusu adı uğrunda mübarizədə Mixa Zayts (Fənərbaxça), Yuqo Kuypers (Gent) və Lukas Beltranı (Fiorentina) arxada qoyub.
Konfrans Liqasında ən yaxşı oyunçu seçildi
Konfrans Liqası





